Cəmiyyət

Maşının inəyi vurması nəticəsində 3 nəfər yaralanıb

9 Noyabr 2018 08:33
0 Şərh     Baxış: 755

Ağdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, rayonun Ləki-Pirəyir yolu ilə hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qarşısına çıxan iribuynuzlu heyvanı vurub.

Nəticədə Kotavan kənd sakinləri - sürücü Xəyal Şıxaliyev, atası Şıxaliyev Məhəmməd Zeynal oğlu və yaxın qohumu Əfsanə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan M.Şıxaliyevin vəziyyəti ağırdır. Bu səbəbdən onun paytaxt klinikalarından birinə göndərilməsi qərara alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.