Cəmiyyət

"Poçt qutusunu divardan qoparıb başına çırpdım..." - Rövşən Şabanovu yaxalayan QADIN DANIŞDI

8 Noyabr 2018 21:51
2 Şərh     Baxış: 2 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada qadını liftdə qəddarlıqla qətlə yetirməkdə şübhəli bilinən Rövşən Şabanov ötən çərşənbə axşamı başqa bir quldurluq əməli üstündə tutulub. Azərbaycanlı cinayətkarı tutmağa isə onun hücum etdiyi qadın müyəssər olub - o, quldura poçt yeşiyi ilə cavab verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, noyabrın 8-nə keçən gecə 31 yaşlı Teona adlı qadın rəfiqəsinin ad günündən evinə qayıdırmış. O, özəl şirkətlərdən birində hüquqşünasdır. Bir neçə il əvvəl ərindən boşanıb və 7 yaşlı oğlunu təkbaşına tərbiyə edir.

"7 saylı binanın qarşısındakı uşaq meydançasından keçəndə hiss etdim ki, məni izləyirlər. Lakin buna əhəmiyyət vermədim. Yalnız bloka daxil olanda təhlükənin yaxında olduğunu duydum - arxamca şübhəli bir şəxs qapıdan sivişib keçdi", - Teona deyir.

Zərərçəkmiş blokun giriş qapısını bağlamağa cəhd edib ki, tanımadığı şəxs küçədə qalsın. Lakin o, ayağını qapının arasına qoyaraq, içəri keçə bilib. İçəri keçən kimi qadından pul tələb edib.

"Təbii ki, pulumun olmadığını dedim və onu itələməyə çalışdım. O isə əlini bıçağa ataraq məni öldürəcəyini bildirdi. Bir qədər çaşdım, sonra isə liftə daxil ola bildim, lakin imkan vermədi ki, lift yerindən tərpənsin", - zərərçəkmiş qadın söhbətinə davam edir.

Xilas olmaq üçün Teona quldurun gözləmədiyi tərzdə divardan poçt yeşiyini qoparır və onu hücum edən şəxsin başına çırpır. O, özünə gələnə kimi yaxınlıqdakı mənzilin zəngini basır və polis çağırmağı xahiş edir. Lakin quldur cəsur qadının çantasını ələ keçirə bilir və aradan çıxır. Teona onun dalınca yüyürür. Qadın caniyə çatıb, onu gödəkçəsindən tutduğu an ayağı dolaşır və yerə yıxılır.

"Bu əclafın üzündən dizlərim qan içində idi! O, mənə normal adam təsiri bağışlamadı. Ondan spirt iyi gəlirdi, gözləri isə vəhşi gözləri idi. Rusca danışmırdı", - zərərçəkmiş hekayəsini bitirib.

Yerdə uzanmış və əsəbindən ağlayan qadına patrul avtomobili yaxınlaşıb. Polis əməkdaşları əlamətlərinə görə cinayətkarı cəmi beş dəqiqəyə yaxalayıblar. Onun şəxsiyyəti müəyyənləşdirilərkən məlum ki, bu Azərbaycandan gəlmiş 26 yaşlı Rövşən Şabanovdur. Azərbaycanlının cibindən oğurladığı 10 min rubl və qadının dəyəri 73 min rubl olan, artıq sınmış telefonu aşkarlanıb. Bildirilir ki, vətənində Rövşən qaçqın statusuna malikdir və Rusiyaya daha yaxşı həyat dalınca gəlibmiş.

Mənbə qeyd edir ki, Teona ona hücum etmiş şəxsin bundan əvvəl əczaçı qadını öldürdüyünü sonradan öyrənib. Əgər bunu əvvəlcədən bilsəydi, çətin ki, çantasını müdafiə etmək üçün bu cür cəsur davranardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.