Cəmiyyət

Bakının mərkəzində svetoforların fəaliyyətində probem yaranıb - FOTO

7 Noyabr 2018 21:57
0 Şərh     Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının mərkəzində svetoforların fəaliyyətində problem yaranıb.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, bir qədər əvvəl Bülbül və Ü. Hacıbəyov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş berib. Qəza nəticəsində svetofor dirəyi və idarəetmə qutusu zədələnib.

Bu səbəbdən də hazırda S.Vurğun küçəsi ilə Z.Əliyeva və Ü.Hacıbəyov küçələri ilə kəsişməsində, Bülbül prospektinin Neftçilər prospekti, Xəqani, Z.Əliyeva və Ü.Hacıbəyov küçələri ilə kəsişməsində, S.Rüstəm və S.Bünyadov küçələrinin kəsişməsindəki svetoforların fəaliyyətində problem yaranıb. Hazırda svetoforların fəaliyyətinin bərpası üçün zəruri tədbirlər görülür.

BNA sürücülərdən nəqliyyat vasitəsini ehtiyatla, digər mövcud nişanların tələbinə riayət etməklə və ən əsası digər hərəkət iştirakçılarına qarşı anlayışla idarə etmələrini xahiş edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.