Cəmiyyət

Astarada sərxoş sürücü yaşlı qadını vurub

6 Noyabr 2018 23:33
0 Şərh     Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Səncərədi kəndi ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil 66 yaşlı Salayeva Validə Gülməmməd qızını vurub. Hadisə zərərçəkmişin evlərinin yaxınlığında olub.

Ağır bədən xəsarətləri alan V.Salayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Sürücü polis əməkdaşları tərəfindən saxlanılarkən sərxoş halda olub.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakıda piyadanı avtomobil vuraraq öldürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.