Cəmiyyət

Borclu müştərinin şəklinin binalara vurulmasına aydınlıq gətirildi

6 Noyabr 2018 22:43
0 Şərh     Baxış: 1 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın müştərinin borcunun olduğuna görə, "ABC Telecom" Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Yayılan məlumatda qeyd olunur ki, məhkəmə qadının 1583 manat borcunun ödənilməsi ilə bağlı qərar çıxarıb. Məlumatda borcunu ödəmədiyi üçün qadının şəklinin şirkət tərəfindən Səbail rayonu ərazisindəki binalara yapışdırıldığını iddia edilir.

Məsələyə aydınlıq gətirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı "ABC Telecom" ilə əlaqə saxlayıb. Şirkətdən yaxın müddətdə sorğumuza cavab veriləcəyi bildirilib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, "ABC Telecom" MMC-nin sahib olduğu "Kontakt Home" mağazalar şəbəkəsinin operatoru isə  bildirib ki, bu məlumat yanlışdır: "İstənilən halda borclu müştəriyə qarşı belə bir addımın atılması yolverilməzdir. Yayılan məlumat yanlışdır. Çünki aylıq ödəniş müddətinə bir neçə gün qalmış şirkətimiz tərəfindən müştərilərə xəbərdarlıq edilir. Müştəri ödəniş etmədikdə isə bunun səbəbləri araşdırılır".

Qeyd edək ki, yayılan xəbərdə borclu olduğu iddia edilən qadının ad, soyad və ata adı olmadığı üçün şəxsin həqiqətən də şirkətin müştərisi olub-olmadığını, borclu olub-olmadığını dəqiqləşdirə bilmədik. Şəxsin kimliyini anonim saxlamağı vəd etsək də, ilkin mənbə bu məlumatları bizə ötürməkdən imtina etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.