Cəmiyyət

"Təmir etmişdilər, yolda yandı" - Ustaları bu əmələ görə cinayət məsuliyyəti GÖZLƏYİR - VİDEO - FOTO

31 Oktyabr 2018 14:07
1 Şərh     Baxış: 2 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi avtomobil təmiri sexləri qanunsuz fəaliyyət göstərir. Avtomobillərin sayının artması fonunda ustalara yaranan tələbat işbazları da hərəkətə keçirir. Belə "ustalar" avtomobillərdə yaranan problemləri həll etmək əvəzinə əlavə problem yaradırlar. Təmir üçün müraciət edən sürücüləri çətin duruma salırlar.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Qanunsuz fəaliyyət göstərən avtomobil təmiri sexlərinin əksəriyyətində qeyri-peşəkar ustalar çalışdığından onların gördükləri iş də keyfiyyətsiz olur. Bu azmış kimi avtomobilini təmir etdirən sürücüyə ödədiyi məbləğin qarşılığında qəbz də təqdim olunmur.

Vilayət Zeynalov - Hüquqşünas: "Özümün maşınını Göyçayda təmir ediblər. Yolda yandı. Güclə söndürmüşük".

Füzuli Abdullayev - Usta: "Diaqnozu dəqiq qoyub, sonra təmir işləri aparılmalıdır".

Hüquqşünaslar bildirirlər ki, təmir sexlərində kassa aparatı olmalı və göstərilən xidmətin müqabilində avtomobil sahibinə qəbz təqdim edilməlidir.

Əgər avtomobilə təmir zamanı hər hansı bir zərər dəyərsə, nəqliyyat vasitəsinin sahibi məhkəməyə müraciət edə bilərlər. Belə olan halda dəyən zərər avtomobilin təmir olunduğu sexin sahibi tərəfindən ödənilməlidir. Təmirin keyfiyyətsizliyi ucbatından daha ciddi bədbəxt hadisələr baş verərsə, sex sahibinin cinayət məsuliyyətinə də cəlb olunması mümkündür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.