Cəmiyyət

Azərbaycanda ərinin əmisi oğlu ilə qaçan qadın danışdı - Mən onu 4 ildir sevirdim

8 Dekabr 2018 23:28
14 Şərh     Baxış: 3 526

Ərinin əmisi oğlu ilə qaçan qadın son vəziyyətindən danışıb.

Milli.Az a24.az-a istinadən bildirir ki, bir neçə ay əvvəl Qubanın Tülər kəndində ərinin əmisi oğluna qoşulub qaçan Aynur Dadaşova danışıb. O, sanki baş verənlərin qorxunc yuxu olduğunu və aldığı psixoloq dəstəyi sayəsində özünə gəldiyini deyib.

Aynur ən çox uşaqlarını görmək istədəyini, qızı üçün çox darıxdığını qeyd edib. Onun sözlərinə görə, baş verənlərdən dolayı hədsiz peşmançılıq hissi keçirir:

"Mən istəmədən ailə həyatı qurmuşdum. Heç cür yola gedə bilmirdik. Məni demək olar ki, hər gün döyürdü. Bilirdi ki, onu istəmirəm. Buna görə də məni döymək üçün hər dəfə bir bəhanə tapırdı. Onunla keçən hər ana görə özümə nifrət edirdim. Boşanmağa qoymurdu. Əl çəkmirdi məndən. Sonra o insanla tanış oldum. Mən onu 4 ildir sevirdim. Bunu heç kimə onun özünə də bildirmirdim. Sonra bizim münasibətimiz yarandı. Gizlin görüşüb danışırdıq. Onunla görüşəndə özümü çox xoşbəxt hiss edirdim. Bir gün mənə dedi ki, "mənimlə qaçmaq istəyərsən?" Mən də düşündüm və qaçmağa qərar verdim. Gəldik, Bakıda bir gecə qaldıq. Səhər getdi rayona. Yenidən Bakıya qayıdanda onu izləyib, qaldığımz yeri öyrəndilər. 6 nəfər gəlmişdi bizim arxamızca. Bizi maşına qoyub rayona apardılar. Rayona çatanda yoldaşımın dayısıgillə polisə getdik. Qalanları isə kəndə getdilər. Mən polisdə olanda eşitdim ki, onu döyüb öldürüblər. Sonunun belə olacağını bilsəydim, etməzdim".

Xatırladaq ki, 25 yaşlı Elşad Əsədov Aynurun yaxınları tərəfindən linç edilərək öldürülüb.

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Elxan · 8 Dekabr 23:58181

    Belə avara canlı haqqında məlumat yazmamaq daha yaxşı olar.

    Cavab yaz
  • Anonim
    Sukran · 9 Dekabr 00:2170

    İbret almaqcin oxusunlar 19-34 yas arasi cavanlar....ehtirasin qurnanari..narkotikden aqir fesadlar toredir desem yanilmaram....sevgi adli birsey yoxdu sefqetin qurbanlaridi

    Cavab yaz
  • Anonim
    Seva... · 9 Dekabr 00:3240

    Alcaq qadin. Hele bir heyasizca daniwirsanda.4 ilde erin ola ola kim ne bilir ne oyunlardan cixmisan. Bes sen niye olmedin? Balalarini atib qacacaq qeder sevirdinse bes niye olmedin o olende.? Sen gudazina geden o bedbexti yox exlaqsizligi sevmisen. Yoxsa bawqa kiwiyle goruwub dord il iki kiwini yola vere bilmezdin

    Cavab yaz
  • Anonim
    Seva... · 9 Dekabr 00:3750

    Duzdu.bele avara canli haqqinda melumat eseblerini pozur haminin.

    Cavab yaz
  • Anonim
    Cella · 9 Dekabr 01:2240

    Sizin kimi mindarlar ne qeder artir senin ucbatindan oqlan getdi heyatdan onu da sen yoldan cixartmisan gerek sen olerdin

    Cavab yaz
  • Anonim
    qonaq · 9 Dekabr 01:3850

    exlaqsiz, murdar mehluq! oglanin olumunde esas gunahkar sensen.indi uwaqlar yadina duwub?qowulub qacanda niye duwunmedin onlari?

    Cavab yaz
    • Anonim
      . · 9 Dekabr 12:2600

      Onda beyni qizmisdi gozunə hecnə gorunmurdu,psixoloqla danisib agli basina qayidib yəqin,kecmiş ola

      Cavab yaz
  • Anonim
    azik · 9 Dekabr 08:3030

    axmaq qadin-1-ci indiki zamanda heç kimi guclə ərə vermirlər-2-ci lap tutaq ki sən ərini sevmirdin-belə olan halda qanuni yolla boşana bilərdin-bunun uçun ərinin raziliği tələb olunmur-3-cu bu hərəkətinlə belə qadinlar nə qazanir? ailəsi dağildi-əriylə yanaşi bir neçə qohumu salindi qazamata,qiraqdaki sevgilin sən başiboşa görə həyatdan getdi-o da qohum olduğundan qohum duşmənçiliyi qazandin-uşaqlarin bədbəxt oldu-sən də biyabir oldun-bunu istəyirdin?

    Cavab yaz
  • Anonim
    Gul · 9 Dekabr 08:5621

    Tamamile raziyam sizle ,imkan vermirler milletin yadindan cixmaga xatirladirlar tez tez.Evvel deyirdi teklif menden oldu duzun soylemisdi ,indi oglanin ustune yixir.birde danisanda zorla qacirdib deyer.

    Cavab yaz
  • Anonim
    kamil · 9 Dekabr 09:2533

    heç kimi günahlandırmayın.Təqsir "zəmanədədir".

    Cavab yaz
    • Anonim
      $.$.$. · 9 Dekabr 10:3210

      Bu tərbiyəsizi reklam etməyin. Qoy bu cur tərbiyəsizlikləri başqaları da eşidib , görub xəbərdar olmasınlar. Butun bunlar pis numunələrdir ! Allah zina edənləri həmişə dəhşətli sonluqla cəzalandırır. Bu son !

      Cavab yaz
  • Anonim
    Rza · 9 Dekabr 10:2520

    Ay "Giz" camahatin basina ne is acdin? biri genc yasinda mezara galanlarin bir gismi hepsxanaya yaxin gohumlari dirbirine dusmen etdin.

    Cavab yaz
    • Anonim
      Neneden · 9 Dekabr 11:1300

      Sükran men senin fikrinle tam razıyam bu şehvet hissive deyerdimki savadsızlıq kitab oxumamaq her şeye düşünmeden getmek ve yenrde savadsızlıq .yazıq oglan öldu qızsa hele yaşayır allah sen saxla gören necesini sevib öldürdecek?

      Cavab yaz
  • Anonim
    رز xura · 9 Dekabr 11:2833

    Senln bir adln var faysa gerek seni tutub omurluk ceza versinler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.