Cəmiyyət

Göygöldə mebel sexi yanıb

23 Oktyabr 2018 21:33
2 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöl rayonunda mebel sexində yanğın baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində, yol kənarında yerləşən mebel sexlərinin birində qeydə alınıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları ilə yanaşı, Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən də 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 200 kvadratmetr sahəsi olan mebel sexinin dam örtüyü və içərisindəki bir çox əşyalar tamamilə yanıb. Yaxınlıqda yerləşən mebel mağazası isə yanğından mühafizə edilib. Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.