Cəmiyyət

Ucarda avtomobilin dirəyə çırpıldı: 2 ölü

23 Oktyabr 2018 21:32
0 Şərh     Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucar rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun 250 km-də qeydə alınıb.

Bakı şəhəri istiqamətində hərəkətdə olan 1949-cu il təvəllüdlü Gədəbəy rayon sakini Elman Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq kənardakı nəzarət kamerası dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü və yanında olan 1956-cı il təvəllüdlü sərnişin Solmaz Məmmədova aldıqları bədən xəsarətlərindən ölüblər.

Zərbənin təsirindən avtomobil və təhlükəsizlik kamerası da yarasız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.