Cəmiyyət

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB

21 Oktyabr 2018 09:53
0 Şərh     Baxış: 2 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09:53

İmişli rayonunda tapılan meyitin şəxsiyyəti müəyyənləşib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu, əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğludur.

İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

-----------

09:16

İmişli rayonunda meyit tapılıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, səhər saatlarında rayonun Şahverdilər kəndi ərazisində şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hazırda ərazidə müayinə işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.