Cəmiyyət

Azərbaycanda məşhur italyan pendirinin istehsalı planlaşdırılır

20 Oktyabr 2018 17:42
2 Şərh     Baxış: 1 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Ucar rayonunda İtaliyanın məşhur mozzarella pendirinin istehsalı planlaşdırılır.

Milli.Az bildirir ki, bunu Trend-ə Ucar Rayon İcra başçısının müavini Vaqif Mehdiyev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəssisədə hazırlıq işləri aparılır, avadanlıqlar quraşdırılır.

V.Mehdiyev bildirib ki, müəssisə əsasən daxili tələbatın ödənilməsinə yönəlib, lakin gələcəkdə əlavə həcmlər istehsal edilərsə, xaricə ixrac ediləcək.

Qeyd edək ki, İtaliyanın mozzarella pendirinin istehsalı üzrə müəssisə aqroparkda fəaliyyət göstərəcək. Müəssisədə gündə iki tona yaxın südün emal edilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.