Cəmiyyət

Misirdə Emil Rəhimovun "Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublika" başlıqlı qələmə aldığı kitabın təqdimatı keçirilib - FOTO

20 Oktyabr 2018 10:03
Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin 18 oktyabr tarixində AR-ın Misirdəki Səfirliyində 18 oktyabr müstəqillik günü münasibətilə tədbir keçirilmişdir.

Bu barədə Day.Az-a Səfirliyin Mətbuat Xidmətindən bildirilib.

Tədbirdə Misirin ictimai-siyasi xadimləri, iş adamları, dostluq qrupunun üzvləri, kütləvi informasiya vasitələri və diaspora iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan AR-ın Misirdəki səfiri Tural Rzayev bu il Azərbaycanda Respublikanın qurulmasının 100 illiyinin təntələli şəkildə qeyd edildiyini bildirmişdir.

18 oktyabr 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyini vurğulayan səfir ölkəmizin çox çətin dövrlər yaşadığını və ağır sınaqlardan keçdiyini xatırlatmışdır. Lakin 1993-cü ildə xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə köklü islahatların aparıldığını vurğulayan səfir müasir Azərbaycanın banisi Ulu öndərin yürütdüyü siyasət nəticəsində ölkəmizdə siyasi, ictimai sabitliyin qorunduğunu diqqətə Həmçinin, səfir son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünya miqyasında tanındığını, dinamik inkişafın şahidi olduğunu, iqtisadiyyatının 3.2 faiz artdığını, qeyri-neft sektorlarının sürətlə inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın Cənubi Qafqazda həm iqtisadi, həm də hərbi cəhətdən lider ölkə olduğunu bildirmişdir. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini bildirmişdir.

Daha sonra səfir Misir və Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışmışdır.

Qeyd edək ki, 18 oktyabr müstəqillik günü tədbiri çərçivəsində AR-ın Misirdəki səfirliyinin üçüncü katibi Emil Rəhimovun ərəb dilində "Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublika" başlıqlı qələmə aldığı kitabın təqdimatı keçirilmişdir.

Təqdimatla bağlı "Vətənpərvər"-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov, Misirin Helvan universitetinin doktoru Adil Dərviş, Misirin "Əl-Hivar: Siyasi araşdırmalar və Mediya" mərkəzinin müdiri doktor Əhmət Tahir, "20 yanvar" kitabının müəllifi tədqiqatçı, jurnalist Məhəmməd Sələmə "Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublika" adlı kitabın əhəmiyyətinə və ərəb oxucularının marağına səbəb olduğunu bildirərək, kitab haqqında təəssüratlarını paylaşmışlar.

Daha sonra kitabın müəllifi E.Rəhimov kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarova, XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinə (AİDA), AR-ın Misirdəki səfiri Tural Rzayevə dərin təşəkkürünü bildirərək, Azərbaycanın son yüz ildə keçdiyi tarixi-siyasi mərhələlərə, kitabın əhatə etdiyi mövzulara toxunmuşdur.
Qeyd edək ki, tədbir çərçivəsində səfirlik tərəfindən çap olunmuş kitabların sərgisi təşkil edilmiş, müasir Azərbaycanın inkişafını əks etdirən video çərxlər nümayiş etdirilmişdir.
Tədbir Misirin "Qahirə-1" xəbərlər kanalı, "Qahirə" kanalında işıqlandırılmış, həmçinin Misirin geniş oxucu kütləsinə malik və nüfuzlu qəzetlərindən olan "Əl-Əhram", "Əl-Masry Əl-Yaum", "Əl-Şuruq", "Axbar Əl-Yaum", "Asiya Əl-Yaum" Xəbərlər Agentliyində, "Egytnews" və sair yerlərdə geniş şəkildə dərc edilmişdir.

Linklər əlavə olunur:
1 https://www.shorouknews.com/news/view.aspx?cdate=19102018&id=eb1ec542-f2c8-
4060-b6bf-830dda4d8c6b
2 https://www.almasryalyoum.com/news/details/1334071
3
https://m.akhbarelyom.com/news/NewDetails/2741668/1/-بدء-الطشيران-المباششر-بين-بشاكو-وششرم
الشيخ-نوفمبر-المقبل
4 http://www.asiaelyoum.com/79882/2018/10/19/ مصر-ندوة-لعرض-كتاب-أذربيجان-ومئوية-ال /
5 https://al-omah.com/ ندوة-لعرض-كتاب-أذربيجان-ومئوية-التأسي /
6 http://www.egyptnewnews.com/newspaper/2018/10/18/ ندوة-بسفارة-اذربيجان-لتسليط-الضوء-على /
7 https://24.com.eg/world-news/273900/ -خبار-العالم-ندوة-بسفارة-أذربيجان-بالقاهرة-تناقش-كتاب ا
2018 -أكتوبر- 19 -ذربيجان-ومئوية-التأسيس---اليوم-الجمعة أ
Tədbirin Misirin digər televiziya kanallarında və mətbu orqanlarında işıqlandırılması gözlənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.