Cəmiyyət

ABŞ-ın rep musiqi qrupunun rəhbəri: "Azərbaycanda insanların ürəyiaçıqlığı məni heyran etdi"

19 Oktyabr 2018 07:14
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda olmağımdan çox məmnunam. Bakının möhtəşəm arxitekturası, həmçinin insanların ürəyiaçıqlığı məni heyran etdi. Şəki həqiqətən də bənzərsiz təbiətə malikdir. Tanrının qismətidir ki, biz Azərbaycanın bu gözəl diyarına da səfər etdik.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində ABŞ-ın "Wordsmith" rep musiqi qrupunun rəhbəri Vördsmis Şəkidə konsert zamanı deyib.

Musiqiçi bildirib ki, təqdim etdikləri konsert proqramları vasitəsilə ölkələrimiz arasında mədəni münasibətləri daha da möhkəmləndirməyə çalışırlar. "İfa etdiyim mahnılar daha çox mesaj yönümlüdür. Bu musiqi insanları həyatda uğur qazanmağa ruhlandırır. Ümid edirəm ki, konsertimiz musiqisevərlərin ürəyincə oldu", - deyə Vördsmis bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.