Cəmiyyət

Turizm Agentliyi: "Qoruqlar dövlət büdcəsindən asılılığı azaltmalıdırlar"

18 Oktyabr 2018 12:37
0 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Turizm Agentliyinin əsas fikri qoruqlar üçün yeni idarəetmə modeli tətbiq etməkdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib.

DTA-nın tabeliyində 7 qoruğun olduğunu xatırladan M.Muradov əlavə edib ki, qoruqlar mütləq özünü maliyyələşdirməli, dövlət büdcəsindən asılılığı azaltmalıdırlar: "Qoruqlar, eyni zamanda, turizm xidmətləri təşkil etməlidirlər. Bundan başqa, qoruqlar öz ərazisi çərçivəsində sosial məsələlərə həssas olmalıdırlar. Təbii ki, biz bu işləri tək görməyəcəyik. Mərkəzi icra hakimiyyəti orqanlarından tutmuş yerli icra hakimiyyəti, turizm sənayesinin nümayəndələri ilə birlikdə görəcəyik".

M.Muradovun sözlərinə görə, hotel və restoranlar turistlərə göstərdikləri xidmətin məsuliyyətini daşımalıdırlar: "Keyfiyyətli turizm xidmətinin göstərilməsi üçün DTA tərəfindən turizm sənayesinin üzvlərinə də lazımi dəstək veriləcək".

M.Muradov qeyd edib ki, turistlərin yerləşdirilməsi üçün hotel, hostellər və Bakı kəndlərində standartlara cavab verən evlər olmalıdır.

Onun sözlərinə görə, DTA bu istiqamətdə bütün ölkədə hotel, hostel və digər yerləşdirilmə obyektlərinin tikilməsini təşviq edilməsi üçün mexanizm üzərində işləyir: "Bununla bağlı təkliflər yaxın zamanlarda DTA tərəfindən hökumətə təqdim ediləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.