Cəmiyyət

"Diplomum yoxdur, praktika keçirəm" - Dərdə dərman tapa bilməyən ƏCZAÇILAR - VİDEO - FOTO

17 Oktyabr 2018 14:07
1 Şərh     Baxış: 2 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əczaçı olmaq üçün 5-6 il universitetdə oxumağa ehtiyac qalmır?

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, 6 ay oxuyub sertifikat götürənlər apteklərdə fəaliyyət göstərir.

Bizi onların edəcəyi səhvlərdən kim sığortalayır?

Reseptə yazılan dərmanları alıcıya vermək kənardan çox sadə gəlir. Buna görə də əksər apteklər bu məsələyə sadəlöhv yanaşır. Amma məsələ heç də sadə deyil. Bir səhv insan həyatına yaxşı halda zərər vura, pis halda isə öldürə bilər.

Antibiotik tərkibli dərmanların əks təsirlərini bilməyən, diplomu olmayan və başqa "əczaçılar" suallara, əsasən, "məlumat verilməyib" deyə cavab verdilər.

Əczaçı: "Hələ ki, eşitməmişəm kiməsə allergiya versin, ya da əks təsir göstərsin".

Əczaçı: "Diplomum, hələ ki, yoxdur, öyrənmişəm, praktika keçirəm".

Sakin: "Hər adamı aptekə buraxmaq düzgün deyil".

Sakin: "Başı çıxmayan işləyir, xəstəyə başqa dərmanlar verirlər".

Ekspertlər deyirlər ki, kursların təqdim etdiyi sertifikat və ya hər hansı kollecin diplomu aptekdə işləmək üçün sənəd ola bilməz. Qanunvericilikdə birmənalı şəkildə qeyd olunur ki, əczaçıların ali tibbi təhsili olmalıdır.

Fərəh Mədətli - ATU-nun dosenti: "Xəstənin həkimə müraciətinə, xəstəxanaya müraciətinə qədər olan ilk pillə əczaçıdır. Ona görə də əczaçılar kifayət qədər savadlı, professional olmalıdırlar".

Deməli, aptekdə çalışmaq, sadəcə, vəzifə kimi qəbul edilməməlidir. Əczaçılıq deyib keçmək insanların həyatı bahasına başa gələ bilər.

Milli.Az
 

Videonu izləmək üçün şəklə klikləyin:
"Diplomum yoxdur, praktika keçirəm" - Dərdə dərman tapa bilməyən ƏCZAÇILAR

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.