Cəmiyyət

Bakıda 41 yaşlı qadın binanın 10-cu mərtəbəsindən özünü atıb

16 Oktyabr 2018 23:56
4 Şərh     Baxış: 2 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıın Nərimanov rayonunda bir qadın özünü çoxmərtəbəli binadan ataraq öldürüb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Əldə olunmuş məlumata görə, oktyabrın 15-də saat 07:15-də Məmməd Araz küçəsi, 67/71 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Xanməmmədova Rəna Cumart qızı özünü binanın 10-cu mərtəbəsindən atıb. İlkin araşdırma zamanı məlum olub ki, qadın depressiyada olduğu üçün intihar edib. Qonşularının sözlərinə görə, qadın son illər evdən bayıra çıxmırmış.

Xanməmmədova psixiatrik xəstəxanada qeydiyyatda olub. O, şirofreniyadan əziyyət çəkirmiş. Faktla bağlı araşdırma davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.