Cəmiyyət

Bakıda böyük fırıldaqçılıq baş verdi

16 Oktyabr 2018 23:16
1 Şərh     Baxış: 3 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Nərimanov rayonunda 200 min manatlıq dələduzluq baş verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Nərimanov rayon hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, oktyabrın 15-də rayon polis idarəsinə sahibkarlar Royal Bayramov və Ramil Zeynalov müraciət edərək, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Quliyev Azər Dağbəyi oğlu ilə birgə biznes qurmaq məqsədi ilə bağladıqları şifahi müqaviləni göstəriblər.

Zərərçəkmişlər iddia edib ki, bu ilin iyun ayında Quliyevə 210 min manat və 2200 ABŞ dolları veriblər. Belə ki, birgə biznes üçün pulun çox hissəsini Bayramov verib.

Zərəçəkmişlərin iddiasına görə, Quliyev nə öhdəliklərini yerinə yetirməyib, nə də pulu qaytarmayıb.

Hazırda Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsi faktı araşdırır.Faktla əlaqəli hələ ki, heç kəs həbs edilməyib.

Xatırladaq ki, ötən gün daxili işlər orqanlarında aldatma yolu ilə pulun mənimsənilməsi ilə bağlı 15 dələduzluq faktı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.