Cəmiyyət

Zaqatalada çaqqal insanlara hücum edib - VİDEO

16 Oktyabr 2018 21:19
0 Şərh     Baxış: 3 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada çaqqal insanlara hücum edib. Həyətə soxulan yırtıcı, ev sahibinin üzərinə atılaraq ona xəsarət yetirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Zaqatalada Muğanlı kəndində baş verib. Səhər tezdən işə getmək istəyən kənd sakini Çingiz Əhmədov darvazasında çaqqalla qarşılaşıb. Həyətə soxulan yırtıcı ilə Çingiz Əhmədov sözün əsl mənasında əlbəyaxa olub.

Bu zaman çaqqal onun sol əlinin barmağını, sağ qolunu əli ilə birgə çeynəyib və sol dizini dişləyib. Özünü çətinliklə yırtıcının əlindən qurtaran ev sahibi çaqqalı həyətdən qova bilib. Bundan sonra o, xəstəxanaya müraciət edib.

Çingiz Əhmədovun sözlərinə görə, kəndin ətrafı meşəlik olduğu üçün kənddə yem axtaran çaqqallar çox tez-tez görünür. Bu da insanlar üçün təhlükəlidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Zaqatalada çaqqal insanlara hücum edib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.