Cəmiyyət

Qida Təhlükəsizliyi Agentlyinin sədri həkimin həbsinə münasibət bildirdi - VİDEO

16 Oktyabr 2018 21:17
0 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər vediyimiz kimi, Azərbaycanın bölgələrindən Bakıya 2 tondan çox yararsız ətin gətirilməsinə görə Qida Təhlükəsizliyi Agentlyinin bir həkimi və digər beş nəfər saxlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Agentliyin sədri Qoşqar Təhməzli məsələyə münasibət bildirib.

''Xəzər Xəbər''in suallarını cavablandıran Qoşqar Təhməzli deyib ki, prokurorluq orqanları sözügedən faktla bağlı Agentliyi məlumatlandırıb.

Qoşqar Təhməzli bu kimi pozuntulara qarşı ictimai qınağın olmasını vacib sayıb. Onun sözlərinə görə, həm sahibkarlar, həm də cəmiyyətin digər üzvləri bu pozuntunu törədənlərin cəzalandırılması üçün Agentliklə birgə mübarizə apara bilərlər.

Qoşqar Təhməzli vətəndaşları sosial şəbəkələrdə hər hansı məhsulun keyfiyyətsiz olması ilə bağlı yayılan əsassız xəbərdarlıqlara məhəl qoymamağa və yalnız Agentliyin rəsmi açıqlamalarına inanmağa çağırıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qida Təhlükəsizliyi Agentlyinin sədri həkimin həbsinə münasibət bildirdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.