Cəmiyyət

DƏHŞƏT! Arıqlamaq istəyi canı bahasına başa gəldi - VİDEO - FOTO

16 Oktyabr 2018 11:42
1 Şərh     Baxış: 3 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəziləri vaxtı ilə nəyi var yeyib-içib mədələrini doldurublar, qarın buraxdığını görərək mədələrini kəsdirmək qərarına gəlirlər.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, mədəsini kiçiltmək üçün özəl klinikalardan birində keçirdiyi əməliyyat Bakının Mərdəkan qəsəbəsində yaşamış 34 yaşlı Samir Dəmirovun həyatına son qoyub.

Bu, ilk deyil, yəqin ki, son da olmayacaq. Bəs insanları öz ayaqları ilə ölümə doğru sürükləyən səbəb nədir?

Arzu Quliyeva - Həkim: "Bədən çəki indeksinin 40-dan yuxarı olduğu hallarda məcburiyyət qarşısında qalırsan. Çünki bu cür piylənməsi olan xəstələrin endokrinoloji problemi var ki, öhdəsindən gələ bilmir. O piylənmə özü də ağır xəstəliklərə gətirib çıxarır. Buna görə mədə kəsdirmək qərarına gəlirlər".

Əməliyyat düzgün icra olunmadıqda və ya xəstənin orqanizmi əməliyyata dözmədikdə bədbəxt sonluq qaçılmaz olur.

Elçin Abdinov - Cərrah: "Mədənin tikiş tutarsızlığı olarsa, insanda intoksikasiya yaranır. Həkimlər də bilir ki, intoksikasiya olan insanın əvvəlki vəziyyətinə qayıtması müşkül məsələdir".

Bütün bu halların baş verməməsi üçün hər bir insan, ilk növbədə, düzgün qidalanmalıdır. Bu isə əməliyyat qədər çətin məsələ deyil.

Leyla Zülfüqarlı - Dietoloq: "Biz çörəyi çörəklə yeyirik. Yağlı, ağır yemək problemi nə qədər ki, həll olunmayıb, o qədər də piylənmə problemi olacaq. Biz sağlam olmaq üçün qidalanmalıyıq. Nəfsimizi öldürmək üçün deyil".

Deməli, insanı cərrahi müdaxiləyə, ölümə aparan elə özüdür. Öz cəlladımız olmamaq üçün isə mədəmizə, yeməyimizə nəzarət etməliyik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DƏHŞƏT! Arıqlamaq istəyi canı bahasına başa gəldi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.