Cəmiyyət

"Kimliyindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

15 Oktyabr 2018 12:10
Baxış: 2 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dini mərasimləri İslam dini, ənənələrlə yanaşı, qanunlarla da tənzimləmək zəruridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov "Dini mərasimlər: tarix, ənənə və hüquq" adlı tədbirdə deyib.

S.Novruzov bildirib ki, mərasimlər elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin, uyğunluq təşkil etsin, israfçılığa yol verilməsin, hər kəs öz imkanına uyğun mərasim keçirə bilsin. Millət vəkili qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu iştiqamətdə iş aparır, çağırışlar edir. O bildirib ki, artıq Naxçıvanda və bəzi rayonlarda dini mərasimlər sadələşdirilmiş formada keçirilir: "Lakin hələ də bir çox rayonlarımızda israfçılığa yol verilir. Bu istiqamətdə iş aparılmalıdır. Cəmiyyəti inandırmalıyıq ki, mərasimlərdə israfçılığa yol vermək lazım deyil, dində də belə bir şey yoxdur. Elə etməliyik ki, insanlar mərasimdən sonra uzun müddət bunun əziyyətini çəkməsin, borc içində qalmasın. Azərbaycanda yas mərasimləri əvvəllər 40 gün keçirilirdi, lakin sonra zaman-zaman sadələşdirildi və hesab edirəm ki, bundan sonra da sadələşdirilməlidir".

Məzarlıqlar haqqında danışan S.Novruzov bildirib ki, bununla bağlı sənəd təsdiq olunmalıdır: "Bu sənəd təsdiq edildikdən sonra maddi vəziyyətindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.