Cəmiyyət

Bakıda iki uşaq tapılıb - VİDEO

13 Oktyabr 2018 19:47
1 Şərh     Baxış: 4 023

Bakıda avtobusun sonuncu dayanacağında iki azyaşlı uşaq tapılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, iddialara görə, qardaş-bacı olduğu bildirilən azyaşlılar valdeyinləri tərəfindən dilənçiliyə məcbur edilib.

Azyaşlılar oktyabrın 9-u gecə saat 12 radələrində 53 saylı avtobusun son dayanacağında tapılıblar. Daşıyıcı şirkətin əməkdaşları məsələ ilə bağlı polisə məlumat verib. Polis də uşaqları sığınacağa təhvil verib.

Uşaq sığınacağı reinteqrasiya mərkəzinin koordinatoru Vasif Akifli deyir ki, usaqların fiziki zorakılığa məruz qaldıqları ehtimal edilir. Onun sözlərinə görə, uşaqların bir- birlərinə qarşı ünsiyyətlərində aqresivliyin müşahidə olunması onaların yaşadığı mühit barədə təəssürat yaradır. Görünür, onlar daim sərt və aqressiv münasibətə məruz qalıblar.

Vasif Akiflinin sözlərinə görə, uşaqlar Azərbaycan dilində demək olar ki, bilmir, ona görə də onlarla ünsiyyət qurmaq da çətindir. Hazırda uşaqların valideyinlərinin həm polis, həm də sığınacaq tərəfindən axtarşları davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda iki azyaşlı uşaq tapılıb

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Aydlndl · 13 Oktyabr 20:18100

    Yazig uwaqlar.Ar olsun valideynlere.Qarachilar silinmelidir yer uzunden.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.