Cəmiyyət

Babək prospektində yeni çəkilən avtobus zolağı parkinqə çevrilib - VİDEO

13 Oktyabr 2018 19:16
1 Şərh     Baxış: 2 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Babək prospektində aparılan yenidənqurma işlərindən sonra artıq yolun bir hissəsində hərəkət bərpa edilib və elə bu hissədə yeni avtobus zolağı salınıb. Amma avtobus zolağı təyinatına uyğun istifadə olunmur. Ərazidə avtomobillər park edilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, genişləndirilərək 4 zolaqlı olan bu yolun bir hissəsində hərəkət bərpa edilib və ərazidə yeni avtobus zolağı salınıb.
Sürücülər bu zolağın da Yusif Səfərov və Məhəmməd Füzuli küçələrində çəkilən avtobus zolaqları kimi səmərəsiz olacağını düşünürlər.
Bakı Nəqliyyat Agentliyindən isə bildirilir ki, yaxın günlərdə qurum tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərin cərimələnməsinə başlanılacaq və bu zaman bu zolaqlarda da qaydalara əməl edilməsinə ciddi nəzarət olunacaq. Bundan başqa, bu zolaqla hərəkət edən minik avtomobillərinin cərimələnməsində məsul olan digər qurumlar da zolağın tələbini pozan sürücülərə qarşı ciddi inzibati tədbirlər görməlidir ki, istənilən nəticəni əldə etmək mümkün olsun.

Qeyd edək ki, bu zolaqla minik avtomobillərinin hərəkəti qadağandır və buna görə yol polisi sürücüləri 40 manat cərimə edə bilər.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, hazırda bir tərəf üçün uzunluğu 9 kilometr olan Babək prospektinin 5 km-nə yeni asflat qatı çəkilib və işlər davam etdirilir. Növbəti ayın sonuna kimi yolun tam təhvil verilməsi planlaşdırılır. Üstəlik, yeni yolun hər iki tərəfi 4 zolaqlı olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Babək prospektində yeni çəkilən avtobus zolağı parkinqə çevrilib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.