Cəmiyyət

Tikinti şirkəti Bakıda 550-dən artıq ailəni çətin duruma salıb - VİDEO

13 Oktyabr 2018 19:14
0 Şərh     Baxış: 3 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sakinlərdən qaz xəttinin və istilik sisteminin çəkilməsi üçün pul yığılsa da, heç bir iş görülməyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtın Yasamal rayonu, Məmmədşərif Həmidov küçəsi 56 ünvanında inşa edilən çoxmərtəbəli binalardan gedir.
Sakinlərin sözlərinə görə, 10 ilə yaxındır ki, həmin ünvanda yaşayırlar, amma bina hələ də təhvil verilməyib. Onlar bir neçə il əvvəl qaz və istilik sisteminin çəkilməsi üçün tikinti şirkətinə pul da ödəyiblər.
Binalardakı problem bununla bitmir. Təxminən 555 ailənin yaşadığı binalarda lift və digər kommunal xidmətlər də sakinləri qane etmir. Sakinlər bununla bağlı dəfələrlə tikinti şirkətinin rəhbərliyinə müraciət etdiklərini deyirlər.
Sakinlər bildirirlər ki, hər ay şirkətə kommunal xidmətlərə görə pul ödəyirlər, amma bunun müqabilində normal xidmət göstərilmir.
Məsələ ilə əlaqədar tikinti şirkətinin ofisinə getsək də, qapı bağlı olduğundan suallarımıza cavab tapa bilmədik. Sakinlərin bu problemləri ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov da əraziyə gəlib. O, sözügedən problemin yaxın vaxtlarda həll olunacağını deyib.
Fərrux Dadaşov, sakinlərə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmağı və ona sədr seçməyi tövsiyə edib. Sakinlər öz aralarında razılığa gələrək, bina sakini Bəxtiyar Qəmbərovu sədr seçiblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tikinti şirkəti Bakıda 550-dən artıq ailəni çətin duruma salıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.