Cəmiyyət

Sumqayıtda 3 şadlıq evinin sahibi cərimələndi - hər biri 2500 manat - VİDEO

13 Oktyabr 2018 19:13
0 Şərh     Baxış: 1 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Sumqayıt şəhəri şadlıq evlərində atmosferə atılan zərərli qaz qarışıqlarının yol verilən həddən artıq olması müəyyən olunub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, nəticədə 3 şadlıq evinin sahibi hər biri 2500 manat məbləğində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən cərimə olunub.

İdarədən bildirilib ki, may ayında Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən şadlıq evlərinin və ictimai- iaşə obyektlərinin rəhbərliklərinə atmosfer havasına atılan zərərli maddələrin normallaşdırılması məqsədi ilə müasir qurğu və avadanlıqların quraşdırılmasından ötrü xəbərdarlıq məktubları verilib.

Xəbərdarlıqdan sonra vəziyyəti yoxlamaq üçün reydlər davam etdiriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sumqayıtda 3 şadlıq evinin sahibi cərimələndi - hər biri 2500 manat

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.