Cəmiyyət

Badamdarda sürüşmə sahəsində vəziyyət gərgindir - TƏFƏRRÜAT - VİDEO

13 Oktyabr 2018 19:08
1 Şərh     Baxış: 1 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Badamdar qəsəbəsində ötən gün baş verən sürüşmə ərazisində vəziyyət gərgindir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu gün səhər saatlarında ərazidə yenə sürüşmə baş verib.

Hadisə baş verən əraziyə səhər saatlarında Baş nazirin müavini Hacıbala Abutalıbov və Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov gəliblər. Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında vəziyyətin çox gərgin olduğunu deyib.

Onun sözlərinə görə, sürüşən təpənin arxasındakı binaların kanalizasiya xətti yoxdur. Yeraltı su ötən ilə nisbətən 18 metr yuxarı qalxıb. Halbuki, 6 nasos gecə-gündüz bu ərazidə işləyir. "Sürüşmə zonasının altında 4-6 metr dərinlikdə çuxurlar yaranıb. 32 metrlik svaylar vurulub, amma sürüşmə 42 metr dərinlikdə aktivdir. Hazırda bura heç bir müdaxilə mümkün deyil. Yolun aşağısındakı digər evlərə rəsmi xəbərdarlıq edilib, lakin rəyə görə onları hər hansı təhlükə gözləmir",- deyə baş nazirin müavini qeyd edib.

Eldar Əzizov isə bildirib ki, bugünkü vəziyyət təhlükəlidir. Hazırda təhlükəsizlik tədbirləri müvafiq qurumların nümayəndələri tərəfindən görülüb. Alimlərin rəyinə əsasən, burada post qurulub. Bununla yanaşı, vaxtilə bu ərazidə tikinti işləri görməyə qərar verən adamlar da məsuliyyət daşımalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə deyib ki, sürüşmə ərazisində xüsusi qərargah yaradılıb və bu gündən fəaliyyətə başlayıb.

Qeyd edək ki, Səbail rayonu Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən yolun kənarındakı yamacda baş verən torpaq sürüşməsi nəticəsində üst hissədə olan 11 evə elektrik enerjisi, su və qazın verilişi dayandırılıb, 8 sakinə evlərini boşaltmaları ilə bağlı xəbərdarlıq edilib. Eyni zamanda, yamacın aşağı hissəsində olan 4 iaşə obyektinin də fəaliyyəti dayandırılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Badamdarda sürüşmə sahəsində vəziyyət gərgindir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.