Cəmiyyət

İmtahanlarla bağlı daha bir yenilik: Xüsusi cihazlar quraşdırılacaq

13 Oktyabr 2018 18:32
4 Şərh     Baxış: 1 866

"Buraxılış imtahanında sinifdə xüsusi cihaz quraşdırılacaq. Şagird ingilis dilindən mətni dinlədikdən sonra sualları cavablandıracaq. Mətn publisistik və ya dialoq ola bilər. Mətnin məzmunu sadə, həcmi isə az olacaq".

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanının birinci mərhələsində xarici dil üzrə şagirdlərə 15 sual təqdim olunacaq: "Bu sualların 6-sı dinləmə mətninə aiddir. Şagird ingilis dilindən mətni dinlədikdən sonra sualları cavablandıracaq. Mətn publisistik və ya dialoq ola bilər. Mətnin məzmunu sadə, həcmi isə az olacaq. 15 sualın 4-nün qapalı, 2-nin isə açıq olması nəzərdə tutulub".

Xanlar Xanlarzadə hesab edir ki, şagirdlər yeni standartlar əsasında formalaşmalıdırlar: "Xarici dilin əhəmiyyəti çox böyükdür.Qrammatikanı öyrənirsən, sabah iş həyatına atılanda nə qədər çətinlik çəkirsən. Qrammatikanı əzbər bilirsən, amma filmə baxanda heç nə başa düşmürsən. Bu imtahan şagirdlər üçün üçün çətin olmamalıdır. Onlar yeni dərsliklərlə, tamamilə fərqli formada təhsil alıblar. Növbəti illərdə bu tapşırıqların sayı daha da artırıla bilər.Bu müasir dövrün tələbidir".

Xatırladaq ki, gələn il yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək. Belə ki 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir. 

Milli.Az 

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    nergız muellıme · 13 Oktyabr 19:2130

    Bu nece olacaq 30 sual idi bes. Baş acmaq olmur. Nece olacaq usaqlar

    Cavab yaz
  • Anonim
    kama · 13 Oktyabr 20:3821

    Başa düşmək olmur 15 sual 4 qapali 2 si aciq Sual 6 si da dinləmə bu eledi12 bəs 3 cü hara getdi 15 suala 100 bal Xahiş olunur aciqlayin

    Cavab yaz
    • Anonim
      valideyn · 13 Oktyabr 21:0520

      Bu ne hoqqadi cixardirlar yaziginiz gelsinde valideynlere usaqlara .

      Cavab yaz
  • Anonim
    Valideyn · 13 Oktyabr 22:2720

    Yazıqdı camaatın balası heç vicdanınız yoxdurmu sizin?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.