Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”nin təqdimatı olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 12-də Dənizkənarı Milli Parkda yeni istifadəyə verilən "Milan Ekspo 2015" Azərbaycan Pavilyonunda "Meysəri" şərablarının təqdimatı olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, Milanda beynəlxalq sərgidə Azərbaycanın təbiəti və mədəniyyətinin müxtəlifliyini tanıdan pavilyon Bakıda qurulduqdan sonra burada ilk dəfə olaraq ölkəmizin yeni milli məhsulunun təqdimatının keçirilməsində də bir rəmzilik var idi.
Üzümçülük və şərabçılıq sahəsində vaxtilə qazandığı şöhrəti yenidən özünə qaytarmaq yolunda olan Azərbaycanda həm də bu sahədə yeni texnologiyalar tətbiq edilir. Belə ki, "Meysəri" Azərbaycanın ilk orqanik bioşərabı kimi yerli və dünya bazarına daxil olur.
"Meysəri" şərablarının istehsal olunduğu "Şirvan şərabları" MMC-nin üzümçülük və şərəbçılıq kompleksi avqustun 25-də açılıb. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksi bu sahənin keçmiş şöhrətini özünə qaytarmaq, şərabçılıq turizminin inkişafına töhfə verməklə yanaşı, xarici bazarlarda layiqli yer tutmağı qarşıya məqsəd qoyub.
Kompleks ərazisində müxtəlif üzüm sortlarından ibarət üzüm bağı salınıb. 2019-cu ildə ümumi sahəsi 200 ha olacaq üzüm bağının 40% hissəsini ağ, 60% hissəsini isə qırmızı üzüm sortları təşkil edəcək. "Şirvan şərabları" MMC "Meysəri" markası ilə - "Sədəf", "Mərcan" və "Məxməri" şərabları istehsal edir.
Şamaxının Meysəri kəndinin təbii iqlim şəraiti, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülən torpaq nümunələrinin Fransanın müvafiq laboratoriyalarında aparılan analizlərin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsinə imkanlar olduğunu göstərir. Yerli şəraitə uyğun tinglərin seçilməsi, əkilməsi, aqrotexniki qulluğun göstərilməsi, üzümün toplanması və emalı mərhələlərində Fransanın üzümçülük sahəsində ixtisaslaşmış şirkətlərinin mütəxəssisləri ilə daim məsləhətləşmələr aparılır. Bütün bunlar bazarda asanlıqla rəqabət apara biləcək yüksək keyfiyyətli şərab məhsullarının istehsalını şərtləndirən amillərdəndir.
Qeyd edək ki, Şamaxıda vaxtilə üzümçülük böyük şöhrət qazanmışdı. Ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqət mərkəzindədir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
XƏBƏR LENTİ
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi





