Cəmiyyət

Bakı Zooloji Parkı qışa necə hazırlaşıb?

13 Oktyabr 2018 08:06
1 Şərh     Baxış: 1 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Zooloji Parkında qışa hazırlıq işləri yekunlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

A.Hüseynovun sözlərinə görə, zooparkda yonca, arpa və buğdadan yem tədarükü görülüb.

Direktor həmçinin bildirib ki, zooparkın istilik sistemi mütəxəssislər tərəfindən yoxlanılıb və saz vəziyyətə gətirilib:

"Soyuğa dözümü olmayan bütün heyvanların, əsasən də timsahın qəfəsində isti döşəmə, meymunların, tutuquşuların və ilanların qaldığı yerlərdə istilik sistemi tam hazır vəziyyətdədir".

A.Hüseynov yeni heyvanlar barədə də danışıb: "Hazırda zooparkda 150 növdə mindən çox heyvan var. Hələlik bu növlərin sayını artırmasaq da, tək olan heyvanlarımız var. Yaquar, Amur pələngi və makakanın digər cinsinə ehtiyac var".

Zoopark direktoru qeyd edib ki, Bakı Zooloji Parkında qış yuxusuna gedən heyvanlar yoxdur. Səbəb isə odur ki, heyvanlar gündəlik olaraq yemlənirlər:

"Yuxuya gedən heyvanlar daha çox Novosibirsk və Surqut kimi şimal şəhərlərinin zooparklarında olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.