Cəmiyyət

Piyada nişanı var, amma yerdə zolaq yoxdur - VİDEO

12 Oktyabr 2018 22:30
0 Şərh     Baxış: 461

İllər əvvəl yola çəkilmiş piyada zolağı silinib, yenisi isə çəkilmir. Bura Gəncənin Şah ismayıl Xətai prospektidir.

Milli.Az bildirir ki, piyadalar yolu yenə həmin ərazidən keçdiklərindən bir çox hallarda avtomobillər onlara yol vermir və təhlükəli vəziyyət yaranır.

Ərazidə piyada keçidinin olduğuna dair yol nişanının qoyulması da təhlükəni azaltmır. Bəzi sürücülər nişanın tələbinə əməl etmədikləri üçün həmin yolda hətta xəsarətlə nəticələnən piyadavurma hadisəsi də qeydə alınıb.

Vəziyyətin bu cür olması elə sürücüləri də narahat edir. Piyada zolağı haqda əvvəldən məlumatlı olanlar yolu keçənləri nəzərə alırlar. Digər sürücülər isə daha çox yerdə piyada zolağının olmamasını əsas götürürlər.

Gəncə şəhər Dövlət Yol Polisi şöbəsindən isə bildirirlər ki, sözügedən ərazidə piyada keçidinin olduğunu göstərən yol nişanı olduğundan onun tələbi sürücülər tərəfindən mütləq nəzərə alınmalıdır. Piyada zolağının yenidən çəkilməsi isə yolun istismarına cavabdeh qurumlar tərəfindən həyata keçirilməlidir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Piyada nişanı var, amma yerdə zolaq yoxdur

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.