Cəmiyyət

Badamdardakı sürüşmənin əhatə dairəsinə düşən ərazinin xəritəsi Nazirlər Kabinetinə təqdim edilib

12 Oktyabr 2018 21:15
0 Şərh     Baxış: 839

Bakının Səbail rayonunda, Badamdar - 20-ci sahə yolunda baş vermiş sürüşmənin əhatə dairəsinə düşən ərazinin xəritəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Milli.Az bildirir ki, bunu Trend-ə özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, sürüşmənin əhatə dairəsinə sürüşmə ərazisinin yuxarı qaşında (istinad divarının yuxarı hissəsində) yerləşən 11 fərdi yaşayış evi və 20-ci sahə-Badamdar yolunda yerləşən iki iaşə obyekti düşüb:

"Evlərə və obyektlərə ziyan dəyməsə də, onlar sürüşmənin əhatə dairəsinə düşüblər. Buna görə də həmin tikililər hər zaman sürüşmədən ziyan çəkə bilərlər".

ETSN rəsmisi əlavə edib ki, ekologiya və təbii sərvətlər nazirinin tapşırığına uyğun olaraq, sürüşmə ilə əlaqədar növbətçilik rejiminə keçilib. Ərazidə mütəmadi olaraq müşahidələr aparılır.

Qeyd edək ki, Bayılda Badamdar-20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, bununla əlaqədar bu gün Badamdar-20-ci sahə və 20-ci sahə-Badamdar yolu bağlanılıb, nəqliyyatın hərəkətinə icazə verilmir.

Bundan başqa, Səbail rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evində yaşayan vətəndaşlara müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Həmçinin "Azərişıq" ASC və "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, həmin ərazidə elektrik enerjisi və 11 fərdi evə təbii qazın verilişi dayandırılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.