Cəmiyyət

Bu il 3825 sanator-kurort putyovkası verilib

12 Oktyabr 2018 21:00
0 Şərh     Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu il ərzində 3825 sanator-kurort putyovkası verilib.

Milli.Az bildirir ki, ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, sanator-kurort putyovkaları Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, ƏƏSMN yanında Dövlət Sosial Müdafiəsi Fondunun rayon (şəhər) şöbələri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında verilir.

Həmçinin əlilliyi olan şəxslərin asudə vaxtının təşkili məqsədi ilə bu kateqoriyadan olan 1229 nəfər Lənkəran, Quba və Xaçmaz rayonlarında yerləşən istirahət mərkəzlərinə göndərilib. Nazirliyin "Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiyası"nın qərarı əsasında sosial müdafiəyə daha çox ehtiyacı olan 1085 nəfərin sosial-məişət problemlərinin həll edilməsinə, 52 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına köməklik göstərilməsi məqsədilə birdəfəlik maddi yardımlar edilib.

Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası"nın müvafiq rəyi əsasında 15 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə müvafiq köməklik göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.