Cəmiyyət

İnsan həyatı üçün təhlükə: bir əlində telefon, digər əlində isə sükan - VİDEO

12 Oktyabr 2018 23:03
3 Şərh     Baxış: 1 858

Əlində telefon votsapda kiminləsə danışa-danışa avtobus idarə edir. Sərnişinlərin həyatını təhlükəyə atan bu sürücü hər an qəza törədə bilərdi. Milli.Az bildirir ki, söhbət paytaxtın Yasamal rayonu "Qismət" şadlıq sarayının qarşısından metronun "Elmlər akademiyası" stansiyası istiqamətinə hərəkət edən 39 saylı marşrut avtobusundan gedir.

Kadrlar avtobusda olan sərnişinlərdən biri tərəfindən çəkilib. Görüntülərə diqqət etdikdə avtobus sürücüsünün ciddi qanun pozuntusuna yol verdiyini görmək olur. Belə vəziyyətdə başı telefona qarışan sürücü hər an qəza törədə, sərnişinlərin ölməsi və xəsarət alması ilə nəticələnən hadisənin baş verməsinə səbəb ola bilər.

"Yol hərəkəti haqqında" qanuna görə isə, sürücünü avtobusu idarə edərkən əlində telefon tutmaqla istifadəyə görə 50 manat miqdarında cərimə gözləyir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İnsan həyatı üçün təhlükə: bir əlində telefon, digər əlində isə sükan

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Aki2 · 12 Oktyabr 23:3300

    Ewi bezdiyee bunlarin elinnen

    Cavab yaz
  • Anonim
    Irade · 13 Oktyabr 00:0600

    Hec kim de iradini bildirmir.Qeza bash verende shil-kut olanda onda qishqirib bagiracaqlar/Amma onda artiq gec olacaq.

    Cavab yaz
  • Anonim
    Oxucu · 13 Oktyabr 10:5800

    Gunah helelerini iwe goturenlerdedi. Ekseriyyeti narkotik qebul edir. Onlari hekim muayinesinden sonra iwe qebul etmek lazimdi. Allah hele suruculerin belasini versin. Xalqin taleyi ile oynayirlar. Suruculerin ekseriyeti medeniyyetsiz ve terbiyesizdiler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.