Cəmiyyət

Hündür yerdən dənizə baş vuran kişi boynu qırılaraq ölüb

12 Oktyabr 2018 08:19
4 Şərh     Baxış: 3 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və "Damba" adlanan əraziyə gələrək suya baş vurub.

Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticəsə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.

Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

Hər 3 dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.