Cəmiyyət

Polis oğrunu kənarda yox, elə qonşuluqda tapdı - VİDEO

11 Oktyabr 2018 21:27
0 Şərh     Baxış: 555

Şəmkirdə mənzillərin birindən xeyli miqdarda qızıl zinət əşyaları oğurlanıb. Polisoğrunu kənarda yox,eləqonşuluqda tapıb. Həmin şəxs oğurladığı qızılları lombardaqoyaraq pul götürüb..

Gənc oğlan qonşusunun evindən oğurluq edib.

Hadisə Şəmkirdə baş verib.Rayon polis şöbəsinə Qədimqala kənd sakininin mənzilində oğurluq hadisəsi baş verməsi barədə məlumat daxil olub. Zərərçəkənin müraciəti əsasında hadisə yerinə baxış keçirən əməliyyat istintaq qrupu tərəfindən ev sahibinə məxsus 2 min manat dəyərində qızıl zinət əşyasının oğurlandığı müəyyən edilib. Oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkənin qonşusu 22 yaşlı Salman Qurbanzadə saxlanılıb.

Müəyən edilib ki, Salman Qurbanzadə oğurladığı qızıllları Şəmkir şəhərində lambardlardan birinə girov qoyaraq, pul götürüb. Həmin pulları isə özünə xərcləyib.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Polis oğrunu kənarda yox, elə qonşuluqda tapdı

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.