Cəmiyyət

125 nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin olunub - VİDEO

11 Oktyabr 2018 21:24
0 Şərh     Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Quba, Qusar, Siyəzən, Xaçmaz, Şabran rayonlarında yaşayan 125 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya vasitələri elə yaşadıqları rayonlara, bir hissəsinə isə evlərinə aparılaraq təqdim edilib.

Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısı həmin insanların tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin ildən-ilə gücləndirilməsinə şərait yaradıb. Bu tədbirlər sırasında reabilitasiya vasitələri ilə təminat da mühüm yer tutur. Eyni zamanda, reabilitasiya sisteminin əlilliyi olan insanlara daha əlçatan olmasının təmin edilməsi üçün müvafiq işlər görülür. Reabilitasiya vasitələrini əldə etmək üçün özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanı olmayan insanlara elə yaşadıqları rayonlarda, rayon mərkəzinə gələ bilməyənlərə isə evlərində həmin vasitələrin təqdim olunması da bu işlərdən biridir.

Tədbir çərçivəsində 125 nəfərdən 3 nəfərinə əlil arabası, 122 nəfərinə isə əvvəlcədən götürülən ölçülərinə uyğun hazırlanmış protez-ortopedik məmulatlar, habelə qoltuqaltı və dirsəkaltı ağaclar, əsalar, dizliklər və s. verilib.

Reabilitasiya vasitələri ilə təmin olunan insanlar, onların ailə üzvləri sosial cəhətdən həssas qruplara göstərilən diqqət və qayğıya, müvafiq hallarda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların elə yaşadıqları rayonlarda və evlərində reabilitasiya vasitələri ilə təmin edilmələrinə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bu ilin 9 ayında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən ümumilikdə 5870 nəfər əlilliyi olan şəxs (o cümlədən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 763 nəfər vətəndaş) və sağlamlıq imkanları məhdud uşağa protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlara ümumilikdə 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən 800-ə yaxın əlil arabası verilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
125 nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin olunub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.