Cəmiyyət

Tərtərdə gənc minaya düşdü - VİDEO

11 Oktyabr 2018 21:17
1 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtərdə yaşayan məcburi köçkün dumanlı havada qoyun otararkən təmas xəttində neytral zonaya daxil olub. Nəticədə o, minaya düşərək ağır yaralanıb. 22 yaşlın gəncin bir ayağı amputasiya olunub.

Kəlbəcər rayonundan məcburi köçkün düşən və Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşan 22 yaşlı Azad Həsənovun həmin ərazidə mal-qara otarırmış. Elə minaya da orada düşüb. Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov deyib ki, hadisə bu gün səhər saatlarında qoşunların təmas xəttində baş verib.

Hadisədən sonra Azad telefonla qardaşına və dostlarına zəng edə bilib. Yaralı ilk olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkim-travmatoloqu Hafiz Əliyev bildirib ki, Azad Həsənov cərrahiyyə əməliyyatı olunub vəonun bir ayağı amputasiya edilib. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalir.

Qeyd edək ki, bu, Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutmaları nəticəsində Azadın 16 yaşlı bacısı Turanə Həsənova dünyasını dəyişmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tərtərdə gənc minaya düşdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.