Cəmiyyət

"Xızıda Mars planetinin səthini xatırladan dağlar bizi valeh etdi" - VİDEO - FOTO

12 Oktyabr 2018 08:51
0 Şərh     Baxış: 2 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı turistlər Azərbaycanda velosipedlə səyahət edirlər

Rusiyalı turistlər Sergey Tolubayev və Yelena Çerneskaya Bakı şəhərindən Dağıstanın paytaxtı Mahaçqalayadək velosipedlə səyahətə çıxıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Moskvadan gələn turistlər artıq dörd gündür Azərbaycandadırlar. Səyahətlərinə Bakı şəhərindən başlayan rusiyalı qonaqlar İçərişəhərdə, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda, eləcə də paytaxtımızın bir sıra digər görməli yerlərində olublar.

"Bakı həm müasir həm də çox qədim şəhərdir. Biz İçərişəhərdə olduq. "Brilliant əl" kinokomediyasının lentə alındığı məkanda şəkil çəkdirdik. Xızıda isə Mars planetinin səthini xatırladan dağlar bizi valeh etdi. Biz Yelena ilə tez-tez velosipedlə səyahətlərə çıxırıq. Sonuncu səfərimizdə Soçi şəhərindən Murmanska qədər 5 min kilometr qət etmişik. Yaxşı formadayıq" - deyə Sergey Tolubayev bildirib.

Rusiyalı turistlər səyahət zamanı çadırda gecələyirlər.

"İlk gecəni Yanardağın yaxınlığında keçirdik. İkinci gün əsrarəngiz təbiət mənzərəsinə malik Xızıda, ötən gün isə Xəzər dənizinin sahilində gecələdik. Burada insanlar çox mehriban və qonaqpərvərdirlər. Hamı bizə meyvə və yemək təklif edir. Hətta öz evlərində gecələmək üçün yer də ayıranlar var" - deyə Yelena Çerneskaya bildirib.

Rusiyalı turistlər gün ərzində təxminən 80 kilometr yol qət edirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiyalı turistlər Azərbaycanda velosipedlə səyahət edirlər

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.