Cəmiyyət

"Yazırlar ki, salonda işləyənlər pozğun olur"- Sevgilisi ilə qarajda ölən Könülün anası - FOTO

11 Oktyabr 2018 12:24
33 Şərh     Baxış: 18 109

Milli.Az xəbər verir ki, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində, beş mərtəbəli binanın həyətindəki qarajda sevgilisi ilə birlikdə dünyasını dəyişən Könül Əhədovanın anası baş verən hadisənin təfərrüatları barədə a24.az-a müsahibə verib.

Gülnarə Əhədova qızı haqqında yazılan xəbərlərin əsassız olduğunu, yayılan şayiələrin isə onu çox hiddətləndirdiyini bildirib.

- Gülnarə xanım, həmin günü necə xatırlayırsınız?

- Avqustun 28-də, axşam saat 9-a işləmiş qızım dedi ki, Elvinlə görüşüb şəhərdə gəzəcəklər. Mən də icazə verdim. 12-yə işləmiş zəng etdim, dedi ki, yoldayam, gəlirəm. Sonra məni yuxu tutub, yatmışam. Oyananda gördüm ki, saat 2-yə işləyib. Durmadan Elvinə və Könülə zəng etdim. Onlarla əlaqə saxlamaq cəhdlərim boşa çıxdı. Qəfildən içimdə bir səs dedi ki, "onlar ölüblər".

Bacıma zəng etdim ki, bəs, Könüldən xəbər ala bilmirəm. Elvinlə bacımgil qonşudurlar. Bacım evə gedəndə görüb ki, həyətdə səs-küy var. Hər kəs "Elvin, Elvin!" deyə qışqırır. Bacım soruşub ki, "maşında qız da olub?" deyiblər ki, oğlanla bərabər bir qız da boğulub.

Onun ölüm xəbərini alanda, dünya başıma fırlandı. Mən onu min bir əziyyətlə böyütmüşdüm. Onu tanıyanlar bilir ki, o, çox yaxşı qız olub. Könül ən gec 11-ə işləmiş, uzağı 12-yə işləmiş evdə olub. Evə gec gələn hər qız pis deyil ki. Qızımın rəfiqələri belə olmayıb. O, heç vaxt evə gec gəlmirdi. Yayda hamı axşam saatlarında şəhərə gəzməyə çıxır, həyətə hava almağa düşür. Elvin onu çox qoruyurdu. Hər yerə onunla gedirdi. Könül sevgisinin qurbanı olub.

- Qızınızın sevdiyi insan olduğunu necə öyrəndiniz?

- Hər bir qızın sevməyə haqqı var. Qızımın 16 yaşı olanda Elvinlə tanış olublar. Bilirdim ki, Könülün sevdiyi insan var. Qızımla bu barədə söhbət etdim. O, məni Elvinlə tanış elədi. Həmin vaxt mən oğlanın nişanlı olduğunu bilmirdim.

Qışda Elvin mənə nişanlı olduğunu söylədi. Məndən elçilik üçün möhlət istədi. Qızım yalnız son iki ildə Elvinin nişanlı olduğunu bilmişdi. Dəfələrlə Elvindən ayrılmaq da istəmişdi. Lakin o, qızımı ayrılmağa qoymurdu, əl çəkmirdi ondan.

Elvin anasının yaxın rəfiqəsinin qızı ilə nişanlanmışdı. O, Könülə deyirdi ki, nişanlımı sevmirəm, işlərimi yoluna qoyum, sizə elçi göndərəcəyəm. Mənə də deyirdi ki, sizin qızınızı sevirəm, onunla ailə quracam. Oğlanın toyu olacağını biz bilmirdik. Elvin 9 il nişanlı olub. Mənim qızımla isə 5 illik sevgi münasibətləri vardı. Bilmədiyimiz səbəblərdən dolayı onların toyu olmayıb. Bunu anlaya bilmirəm. Qızım Elvinin telefonunda nişanlısının şəkilini görəndə, hər şey ortaya çıxmışdı. Könül ondan ayrılmağa çalışdı. Elvin isə "o mənə aiddir" deyib qızımdan ayrılmırdı. Könülə "səni heç kimə yar etməyəcəm" demişdi. Elvinin anası qızıma zəng etdi ki, "oğlumdan uzaq dur, nişanlısından soyuyur". Mən də onu çox danlamışdım ki, niyə nişanlı oğlanla danışırsan? Deyirdi ki, "Elvin nişanlısını sevmir, məni sevir".

- Deyilənlərə görə Könül salonda çalışırdı. Hətta hadisənin baş verdiyi avtomobil də Könülə məxsusdur. Bu barədə nə deyə bilərsiniz?

- Könül işləmirdi. Salonda dırnaqları qaynaq etməyi öyrənirdi. Yazırlar ki, salonda işləyənlər pozğun olur. Bu sözlər məni çox incidir. Könül hər zaman hara getsə, məndən icazə alırdı. Elvin onu özü aparıb, özü gətirirdi. Hadisə baş verən maşın mənim qızımın deyil. Yalan xəbərlər yazırlar. Maşın Elvinindir. Heç bir intim əlaqədən söhbət belə gedə bilməz. Bununla bağlı ekspertizanın rəyi də var.

Elvin maşından düşüb, sürünərək xilas olmağa çalışıb. Lakin huşunu itirib. Könül isə maşının arxa oturacağında dünyasını dəyişib. Deyirlər ki, guya mən qızımdan imtina etmişam. Elə bir şey olmayıb. Guya mənim qızımı Elvinin ailəsi dəfn edib. Xeyr! Qızıma rayonda 7 gün yas verilib. İnternetdə yayılan fotolardakı qaraj belə həmin qaraj deyil.

- Bəs ailələr arasında hər hansı münaqişə baş verib?

- Yox! Hətta cümə axşamlarında Elvinin yaxın qohumları da bizə gəldilər. Dedilər ki, kaş ki, belə olmazdı. Xalası dedi ki, Elvinə Könülü qaçırmağı məsləhət görmüşdüm.

- Qızınızın ölümündə kimi günahlandırırsınız?

- Elvinin anasını. İndi Elvinin anası deyir ki, kaş ki, alardım Könülü. Elvin ən istəkli oğlu idi. Onun anası mənim qızımın qatili oldu. O, iki gəncin həyatını məhv elədi. Ölənə kimi onu bağışlamayacam. Mənim qızımın qatili odur.

Könül mənim tək qızım idi. Mən onu hər zaman xoşbəxt görmək istəyirdim. Qızım deyirdi ki, Mən Elvindən başqasını sevə bilmərəm. Könül çox saf bir qız idi. Heç kimlə işi olmazdı. Ancaq gülərdi.

- Buradan qızınız haqqında mənfi fikirlər yazan insalara nə demək istərdiniz?

- Qızım haqqında mənfi fikirlər yazanlara səslənirəm: Bilmədiyiniz şeyləri danışmayın! Həyatdır, hər kəsin başına gələ bilər. Elə o cür rəy yazanların özləri düzgün insanlar deyil. Özünüzə gəlin! Heç kimin haqqına girməyin! Çox təəssüf ki, bu cür yazanların əksəriyyəti də elə qızlardır. Mənim yaralı yerimə toxunmasınlar.

- Könülün xalası qızı da insanları əsassız ittihamlarda günahlandırıb...

- İnsanlar gərək görmədikləri, bilmədikləri şeyləri danışmasınlar. Elvin Könülə çox dəyər verib. Bunu hər kəs bilirdi. Hər zaman Elvinin gözündə Könül, Könülün gözündə Elvin olub. Elvinin nişanlısından ayrılmamaq üçün səbəbləri olub. Könüllə Elvinbir-birlərini çox seviblər. Buna hər kəs şahiddir. Könül çox saf bir qız idi. Elvinin ailəsi, hər kəs bilir ki, Elvin Könülü çox sevirdi.

O, 9 ildir ki, nişanlı idi. Hər bir qız hiss edər ki, mənim nişanlım başqası ilə danışır və məni sevmir. Elvinin telefonu Könülün şəkilləri ilə dolu idi. Necə olur ki, bu qız bir dəfə də olsun, bundan şübhələnməyib? Hər gün Elvin Könülün yanında idi. 9 il necə nişanlı qalmaq olar? Qadın qüruru buna imkan verməz ki, nişanlısı başqasını sevə və bu cür münasibəti davam etdirəsən.

Onlar bizə yasa gələndə, Elvinin xalasıgil bizə mesajlar göstərdilər. Mesajlarda Elvin anasına yazmışdı ki, "Ana, buna son qoy. Mən o qızı semirəm. Məni bədbəxt edirsən". Elvinin anası bu məsələyə son qoymaq üçün Türkiyədən gəldi. Bilirdi ki, oğlu Könüldən ayrıla bilmir. Oğlanın anası qızgilə mesaj yazıb ki, hər şeyi aydınlaşdırmağın vaxtı gəlib: "Oğlum bu toyu istəmir".

Qız səsə qulaq asıb. Lakin cavab yazıb ki, səs silinib. Qulaq asa bilmədik. Elvinin nişanlı olduğu qız Könülü çox gözəl tanıyırdı. O, hər şeyi bilirdi. Sadəcə, göz yumurdu. O qızı heç vaxt Elvinin yanında görməmişdik.

Xatırladaq ki,avqustun 29-daBakının Yasamal rayonu Mirəli Seyidov küçəsində beş mərətəbəli binanının həyətindəki qarajda "Nissan" markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

33 Şərh:

  • Anonim
    Lala · 11 Oktyabr 12:3741

    Allah rehmet elesin!

    Cavab yaz
  • Anonim
    Esmer · 11 Oktyabr 12:3863

    Elvının Anası neki Könülün Elvının de Eceli oldu Atası Elvın deyıb Elvın eşdir ....Allah rehmet etsin yaxşı oglan idi sadece Sevgiye qurban getdı Amma Ananın. .sehvleri ucbatınan. ....

    Cavab yaz
    • Anonim
      @@@ · 11 Oktyabr 12:5492

      Hadisə olanda çoxusu bu gəncləri qınamışdıki nişanlı oğlan belə elə. Çox valideynlər övladın taleyiylə oynayır. Nişanlayır birinə işini bitmiş hesab edir. Allah hər ikisinə rəhmət eləsin. Gərək Könül də bacardıqca uzaq durardı oglandan, nişanını qaytaranacan.

      Cavab yaz
  • Anonim
    Sumqayıtlı qız · 11 Oktyabr 12:493212

    Xalası qızının sözlərinə görə günah oğlanın nişanlısında imiş.Belə çıxır ki,hansısa bir əxlaqsız nişanlı oğlanın ,evli kişinin həyatına girəcək və gözləntisi də o olacaq ki,kişinin halal nişanlısının,halal arvadının qüruru varsa,əl çəkər,onlardan? Eləmi? Xeyirdimi,niyə? Düzdür,əksər insanlar axşam gəzintisinə çıxır,amma tək yox.Ailəsi ilə..Evə gecə saat 11-ə ,12-yə işləmiş gələn qız "həqiqətən"də yaxşı qızdır...İşi ilə bağlı gec gəlsə idi,başa düşmək olardı..Halbuki,bu saf qız işləmirmiş də..Ay xanım,şəxsən mən özüm saat 11-ə işləmiş 5-ci yuxumu görürəm..

    Cavab yaz
    • Anonim
      yalansa · 11 Oktyabr 12:56119

      sən 11-ə işləmiş burda şərh yazırsan.

      Cavab yaz
      • Anonim
        yalansaya · 11 Oktyabr 13:4165

        Camatin serhinin arxasinda sulenmee

        Cavab yaz
      • Anonim
        Sumqayıtlı qız · 11 Oktyabr 14:2864

        Ay axmaq,bir dəfə o saatda yazmışam,9 oktyabrda.Onda da sənin cavabını vermişəm..Sənin bu qədər abrını ətəyinə bükmüşəm,xeyri yoxdur da.Sırtıqsan axı..Öyrəşmisən təhqirə..İnsanın hərdən yuxusu "qaça bilər".Sən insan olmadığın üçün belə şeyləri bilməzsən.

        Cavab yaz
    • Anonim
      @@@ · 11 Oktyabr 13:04181

      Ama bir şey düzdür ki bu oğlan neçə ildi nişanlıdı. Deyilənə görə nişanlısını yox Könülü sevib. Könülə daha çox dəyər verib nəinki nişanlısına. Onda bu nişanlısı göbələkdi? Nişanını qaytarmaq yox, belə oğlanın təpəsinə də çırparlar. Nişanlısını istəmir qaytarsın nişanı. O qızı niyə illərlə gözlədir? Ən böyük günahlar valideynlərə düşür. Hər ikisinə

      Cavab yaz
  • Anonim
    bb · 11 Oktyabr 12:52193

    sen ana neca razi olmusanki bawqasiyla niwanlai olan oqlani senin qizin sevsin?Seninde taxsirin coxdu bu iwte

    Cavab yaz
  • Anonim
    Salam · 11 Oktyabr 12:53240

    Allah rəhmət etsin. Ama bubkar her gün rahat şəkildə görüşə bildirmişlərse qarajda təkcə söhbət üçün olduqlari inandirici gelmir. Anadi da. Ele deməlidir... Nəysə... Her bir halda düzgün hal deyil, az yaşlı qizlarimiz da bunu qəhrəmanlıq hekayəsi saymasin.

    Cavab yaz
  • Anonim
    Wura · 11 Oktyabr 12:57230

    Bow-bow sohbetlerdi.. Sadece oqlan bunun qizina qarwi ciddi fikirde olmayib ve aile kimi yaninda gormek istemeyib..Yoxsa ne olur olsun 5 illik munasibetini resmilewdirerdi...Urekden seven aciz olmur ve hec neye baxmir,evlenir sevdiyi ile...

    Cavab yaz
    • Anonim
      nona · 11 Oktyabr 13:12150

      ay sagol. bu qiz hele anasi xeber tutub qiziynan goruwmeye icaze verib deye oglan lap rahatlawib.qizin anasi xeber tutanda icaze vermeseydi.oglan da bele boyuk sevirse gelib alardi..bunlar bile bile ki oglan niwanlidi gun sayirmiwlar ki niwanlisini atsin bunu alsin.ozge bedbextliyi ustunde xowbextlik qurulmur.eh

      Cavab yaz
  • Anonim
    nona · 11 Oktyabr 13:11130

    gunahkar hem anadi hem qiz hem oglan hem niwanlisi hem de anasi.en az gunah niwanlisi qizdadi.Niye cunki niwanli bilirdin niwanlin gezir bawqasiynan ayrilardin..amma yox ayrilan qiza soz qowurlar deye dozmelisen.sonra anasi oglanin oglun istemir niwanlamazdin ayirardin..sonra qizin anasi..sen nece razi olmusan qizin niwanli oglanla goruwsun..hemde oglan onnan 4 il qabaqdan niwanli olub.qizin demeli bir oglani bilibki niwanlidi 5 il onnan goruwub.sen de goz yummusan.gozlemisen bawqasinin qizini atsin seninkini alsin.bu da netice.sonra gunah o oglandadi..coxdu ele oglan eve birini alir atir gozu colde..boyuk sevgiden daniwmayin.sentyabra toy gunu teyin edibse demek evlenirdi.bu qiznan da leviy goruwecekdi.moddu axi...ve sonda qiz.sen nece 15 yawinda niwanli oglanla daniwmaga bawlamisan.illerle daniwmisan.her halda sen de toyu olacagini bilirdin.9 il niwanli qalanin toyu olacaq da.niwanli oglanla neinki daniwmaq hec onun terefe de baxmali deyildin sen..hele gece goruwe getmeyi demirem.Allah bagiwlasin sizi

    Cavab yaz
  • Anonim
    Gul · 11 Oktyabr 13:40160

    Lap nagil damisir bu arvad,agilli qiz olub anasinin icazesiyle gezirmis oglanla .Aralarinda ciddi munasibet varmis oglan ona gore el cekmirmis bundan,oglan ciddi deyilmis qiza qarsi bu gun sabah toyu olacagmis. Neise anasi bezeyib, duzeyib,naxis vurub danisirda ,basqa ne desin.

    Cavab yaz
  • Anonim
    sb · 11 Oktyabr 14:1370

    Ay qizin anasi.Deyirsan qizimi sevirdi.Qizivu evda tamiz saxlayib elcisin gezliyardin da.Qizi buraxmisan oqlanin aquwuna.Oqlan niwanlisi ila evlansaydi.sanda onu bawqasina ara verardin?.Qizin az yawli olub .Sana na olmuwdu.Gunahin birincisi sanda.Sanin qizin celda idi sansa yatmiwdin.Oqlannan hec na demiram.Qiz dunyaya gatiran analar qizlarinizi namuslu beyudun.Onlari gez babayiniz kimi qoruyun. Onlara tahsil verin ki.hayatda beyuk sahvlara yol vermasinlar.

    Cavab yaz
    • Anonim
      nona · 11 Oktyabr 14:2580

      cox gozel yazmisiz..hele bir yazibki yatmiwdim..senin qizin colde olanda sen yatirsan evde..men eve 9dan sonra gelsem anam meni qapida gozleyer min defe de zeng vurar. hec men toya da gedende tez qayidiram ki anam narahat olmasin..ozun de bilirsen oglanla goruwe gedir ozde gece.nebilim..hele bir musahibe de verirler..az qala gunahkar niwanlisini cixaracaqlarki ayrilardi..senin qizin niwanli oglanla goruwe bilir amma bawqasi halal niwanlisindan ayrilmalidi senin qizina gore..dehwetdi ee .en cox biyabir ele o niwanli qiz oldu.9 il gozle toyu axirda niwanlin bawqasiynan gece mawinda olu tapilsin..

      Cavab yaz
      • Anonim
        Noname · 11 Oktyabr 17:38180

        Biyabir olan nisanlisi deyil,eksine o Allahin sevimlisi bendesiymis ki Allah onu daha boyuk belalardan qorudu, gunahkarlar ise cezalandi!

        Cavab yaz
    • Anonim
      @@@ · 11 Oktyabr 14:2831

      Deyir Elvin qızımı qoruyurdu. Elvin kimdi ki sənin qızını qoruyur. Yad oğlan nə ixtiyarla qızına teloxranitellik edir? Ax bu analar.

      Cavab yaz
    • Anonim
      $.$.$. · 11 Oktyabr 14:3361

      Bir dəfə şərhimdə yazdım ki anam biz iki bacını nəfəs almaqa qoymur.Zəng zəng ustundən edir hardasuz ? mindiz metroya? girdiz universitetin həyətinə? və s.... qınadılar məni ki yaxşı qıza evdəkilər etibar edər. İnanın ki utandım ki şərhimdə anamın bizi bu cur qorumasını işıqlandırmışam. Amma indi QURUR DUYURAM ANAMLA! Nə yaxşı bu cur həm sərt həm ciddi və qayqımızı cəkən mehriban hər dərdimizi sirrimizi deyə biləcəyimiz ANAMIZ VAR! Anamız bizim həyatımızın DUZGUN YOL GÖSTƏRƏN MAYAKIDIR! Canım Anam qurban olum sənin hər kəlmənə .Nə yaxşı ki varsan !

      Cavab yaz
      • Anonim
        Papatya · 11 Oktyabr 15:14121

        ))Men rayondan Bakiya oxumaga gelende anam o qeder meslehet vermisdi ki, marsuruta bele min,metroda bele otur, çantani ele saxla:)) bir muddet marsuruta minende hamiya "manyak" gozuyla baxirdim. Sixliq vaxti yaxin duranlardan qorxur, hansisa xos gorunumlu xalaya, neneye yaxin dayanirdim. Sonralar oyreşdim tebii ki. Ve eynen o bizde de vardi, çatanda xeber ele, dersden cixanda xeber ele)) amin Allah butun analari qorusun. Men nişanli olanda bele gece 12ye 1e kimi gezdiyimi xatirlamiram. Ne ise. Allah olenlere rehmet yaxinlarina sebr versin. İllerdi toyunu gozleyen qiza da Allah gozel bextini versin. Amin.

        Cavab yaz
  • Anonim
    Sumqayıtlı qız · 11 Oktyabr 14:1997

    Diqqət!!! Diqqət!!! Ruhi əsəb dispanserindən asi nikli xəstə qaçıb..Əlamətləri: əynində qırmızı xalat,ayağında qırmızı maryana corabları və qaloş,ağzında sarı rəngli soska,saçları pırmız..Və çox təhlükəlidir..Allah asi nikli xəstəyə şəfa versin..

    Cavab yaz
    • Anonim
      14 19 · 11 Oktyabr 14:5841

      xaxaxaxa yüz fayiz asidi

      Cavab yaz
    • Anonim
      :::)))))))) · 11 Oktyabr 17:2960

      Yaninda bir nefer refiqesi de vardi deyirler, bir elinde supurge.digerinde mobil telefon sevaaaaaaaa,qizlaaaaaaaaaaaar deye qisqirirmis.

      Cavab yaz
    • Anonim
      14.19 a · 11 Oktyabr 17:5900

      Sumqayitli qizin adindan yazib ara qatma

      Cavab yaz
      • Anonim
        Sumqayitli qiz · 11 Oktyabr 19:0141

        17:59-dakı hörmətli şərhçiyə.. 100% özüməm..Deyəsən mənim şərhlərimin altında xəzinə var.Hər dəfə ruhi xəstə böyük ümidlərlə gəlib,şərhlərimin altını qazır,amma hələ ki,bir şey tapa bilmir..Ona aid olmayan məsələlərdə özünü quyruq kimi ortaya atması heç də xoş deyil..Biri ona başa salsın ki,xəbərə şərh yazmaq lazımdır,mənə yox..Yazırsansa da,bir az həddi gözlə..Özünü elə aparır ki,(şərhlərində) sanki ortaq biznesimiz olub,mən də bunu batırmışam..

        Cavab yaz
  • Anonim
    modern · 11 Oktyabr 14:32312

    əxlaq polisləri yenə başladılar. siz kimsiz axı başqasının həyatını müzakirə edəsiz? gedin öz işinizlə məşğul olun. guya bunlar ağıllıdırlar.

    Cavab yaz
    • Anonim
      nona · 11 Oktyabr 14:3860

      anasi musahibe verib camahat unutmuwdu onlari..ana gundeme getirir yaxwi iw kimi ))) xeberi de qoyurlar muzakire ucun

      Cavab yaz
      • Anonim
        ananim · 11 Oktyabr 16:2910

        allah rəhmət eyləsin

        Cavab yaz
  • Anonim
    qızın anasına · 11 Oktyabr 18:5090

    sənin kimi anaların qızları bundan artıq olmazki.deyirsən ki Elvin qızını nişanlısından çox sevirdi. bəs sən bilmirsənki hər bir kişini yoldan çıxaran müvəqqəti sevgili daha şirin olur səndə buna göz yumurdun .deməli sənin qızın Elvinin sevgilisi olub .səndə buna sevinmisən .indi sızıldamağın artıq gecdir

    Cavab yaz
  • Anonim
    s · 11 Oktyabr 22:1421

    har iki anaya sabr diliyirik.Har ikisi qadin.Allah kemay olsun.Dunyadan kecanlar da Allab rahmat elasin.

    Cavab yaz
  • Anonim
    Ramil · 12 Oktyabr 05:4431

    Heç kim öz ayranına turş deməz! Ana gəzən ağacı, bala budaq-budaq gəzər! Bu qızı müdafiə edən elə bunun tayıdır! Hələ bir baş daşı da qoyub...........

    Cavab yaz
  • Anonim
    Maraqlı məqamlar · 12 Oktyabr 10:1020

    "Oyananda gördüm ki, saat 2-yə işləyib. Bacıma zəng etdim ki, bəs, Könüldən xəbər ala bilmirəm. Elvinlə bacımgil qonşudurlar. Bacım evə gedəndə görüb ki, həyətdə səs-küy var." Mən bugün oxudum xəbəri..maraqlıdı bacısı saat 2 yə işləmiş, və yaxud da gecə ola bilər..hardan gəlirmiş.

    Cavab yaz
    • Anonim
      , · 12 Oktyabr 10:5610

      Deyir qonşudurlar da, yeğin Elvingilin evine gedirmis sorusmaga

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.