Cəmiyyət

Bakıda maraqlı hadisə - VİDEO

10 Oktyabr 2018 22:32
3 Şərh     Baxış: 8 043

Kanalizasiya quyusundan neft çıxır. Milli.Az bildirir ki, görüntülər paytaxtın Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsindəndir. Küçədəki kanalizasiya xətti neftlə dolub. Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl bu kanalizasiya xəttində neft görünüb. Əvvəllər az olub və qısa zamanda problem aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Lakin son bir neçə gündə neft lükün ağzına qədər qalxıb.

Hətta neft kanalizasiya xətti vasitəsilə evlərin hamamından və digər hissələrdən də çölə çıxır.

Məsələ ilə bağlı əraziyə cavabdeh olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirildi ki, problem qısa zamanda həll olunacaq.

Sakinlər həmin ərazidə hər hansı bir yanğın təhlükəsinin yaranmasından da narahatdırlar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kanalizasiya quyusundan neft çıxır

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    LADY- L · 10 Oktyabr 22:45160

    Indi ogul isteyirem o nefti sevincek goturub uzune yaxsin )

    Cavab yaz
  • Anonim
    Hemide xanim · 10 Oktyabr 23:2260

    He,men de ele ogul isteyirem, var-dovletimiz gun gunden artir, kasibligimizla birlikde

    Cavab yaz
  • Anonim
    aea · 11 Oktyabr 09:0200

    Bir şey mənə çox maraqıı oldu.... Biz görmüşük ki, evdən hamam və tualetdən axıdılan kanalizasiya vasitəsilə xaric olur.... Sakinlərin dediyinə görə isə əksinə, kanalizasiyadan evlərə daxil olur... Bu necə olur, bunlarda kanalizasiya sistemi əks istiqamətdə işləyir.... Kanalizasiya xətlərinə neft dolsa da irəli ixrac yoluna gedəcək....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.