Cəmiyyət

Qozağacı kəndinə ilk dəfə təbii qaz verilib

10 Oktyabr 2018 21:40
2 Şərh     Baxış: 346

Siyəzənin Qozağacı kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 65 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 558 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Hemide xanim · 10 Oktyabr 23:3400

    Yaziqlar, hele indI onlara qaz cekilir, 21 ci esrde,dunyaya qaz satiriq onlara indi cekilir

    Cavab yaz
  • Anonim
    Zohre · 11 Oktyabr 06:3700

    Turkanla Zirenin arasindaki eraziyede cekilse yaxsi olar.150-ye yaxin ev var.Bakidan 40- km mesafemiz var.odun pecleri yandiririq.21 ci esrdi dunyaya qaz satiriq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.