Cəmiyyət

Abşeronda məişət tullantıları poliqonu inşa ediləcək - VİDEO

10 Oktyabr 2018 22:02
0 Şərh     Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeronda regionun ən böyük, dəyəri təxminən 45 milyon dollar olan məişət tullantıları poliqonu inşa olunacaq.

Milli.Az bildirir ki, hazırda Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya çərçivəsində həyata keçiriləcək Abşeron Sanitar Poliqonu layihəsinin sənədləri hazırlanır. Abşeron Rayonu İcra Hakimiyyətindən verilən məlumata görə, bu poliqondan 4 rayon və Sumqayıt şəhəri istifadə edəcək.

Regional sanitar poliqonun inşası üçün Bakı-Şamaxı magistralının 35-ci kilometrliyində 70 hektara qədər ərazinin ayrılması planlaşdırılıb. Hazırda layihə ətraflı müzakirə olunur.

Poliqon üç mərhələdə tikiləcək. İlk mərhələnin 2022-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Abşeronda məişət tullantıları poliqonu inşa ediləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.