Cəmiyyət

"Oğurluq edirdim ki, yaxşı yaşayım" - VİDEO

10 Oktyabr 2018 22:06
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəlcə mənzilləri seçir sonra gizlicə evlərə girib qızıl və pul oğurlayıb... Milli.Az bildirir ki, Mingəçevir şəhərində bir neçə vətəndaş evlərindən oğurluq olması barədə polisə müraciət ediblər. Polisin araşdırmasından sonra oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

28 yaşlı Asiman Allahverdiyevin ümumlikdə şəhər sakinlərinə 7 min manatziyan vurduğu müəyyənləşib.

Polis əməkdaşları onun digər oğurluq əməllərinin olub-olmamasını araşdırır.

Qubada da oğru tutulub.Rayon polisi müraciət əsasında dərzi sexindən 200 manat oğurlayan şəxsi saxlayıb.18 yaşlı Qalib Əlibəyov tutulandan sonra məlum olub ki,o, avqust-oktyabr ayları ərzində rayon ərazisində5 müxtəlif mağazadan ümumilikdə 1020 manat pul və bir fərdi evdən 400 manat pul və 800 manat dəyərində olan qızıl-zinət əşyalarıoğurlayıb.

Faktlarla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.