Cəmiyyət

Quraqlaşma ölkəmizdə hansı fəsadlara səbəb ola bilər

10 Oktyabr 2018 22:34
0 Şərh     Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər planetdə quraqlığa meyilli əraziləri müəyyən ediblər. Aparılan tədqiqatların nəticəsinə görə, Yer kürəsinin bütün ərazilərində suyun əldə olunması çətinləşəcək, dünya üzrə 117 milyondan çox insan quraqlıq səbəbindən zərər çəkəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənovun dediyinə görə, iqlim dəyişikliyi müasir dövrün ən əhəmiyyətli problemlərindən biridir: "İqlim dəyişmələrinin təzadlarını araşdıranda belə bir nəticəyə gəlmək olur ki, quraq ərazilər daha çox quraqlaşacaq, rütubətli ərazilərdə isə rütubətin miqdarı çoxalacaq. Bu, dünya alimlərinin gəldiyi ən mühüm nəticələrdən biridir. Yəni ekvatorial qurşaqda yağıntıların bir qədər çoxalması gözlənilir. Eyni zamanda, subtropik və tropik qurşaqlarda, yəni səhralıq ərazilərdə daha quraq şəraitin yaranması ehtimal edilir. İqlim dəyişmələri qlobal xarakter daşıdığına və Azərbaycan da dünyanın bir hissəsi olduğuna görə ölkəmizdə də onun öz təzahürləri var. Ölkəmiz əsasən subtropik iqlim qurşağında yerləşir. Subtropik qurşaq isə tropik və mülayim qurşaq arasında keçid xarakteri daşıyır. Azərbaycan torpaqlarının yarıdan çoxu quraq ərazilərə düşür".

Alim deyib: "Kür-Araz ovalığı, o cümlədən Salyan, Mil, Muğan, Şirvan və Qarabağ düzü quraq ərazilər hesab edilir. Ceyrançölün bir hissəsi, Qobustan- Abşeron ərazisi də quraq zonaya aiddir. Kiçik Qafqazın dağətəyi hissələrində də müəyyən quraqlaşma müşahidə edilir. Həmin iqlim şəraitinin davam edərsə, bu ərazilərdə quraqlıqların daha da çoxalacağını proqnozlaşdırmaq olar".

Məhərrəm Həsənovun verdiyi məlumata görə, quraqlığın fəsadları ilk növbədə kənd təsərrüfatı məhsullarının azalması və bunun nəticəsində ərzaq təminatında meydana çıxacaq problemlərlə özünü büruzə verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.