Cəmiyyət

“Zülmətdə nur” Bakı tamaşaçıları üçün - FOTO

9 Oktyabr 2018 21:31
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

50 illiyini qeyd etməyə hazırlaşan Sumqayıt Dövlət Dram Teatrı yubiley ərəfəsində - oktyabrın 8-də N.Muradoğlunun "Zülmətdə nur" tamaşası ilə paytaxt tamaşaçıları ilə görüşə gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əsər 37-ci ilin repressiyalarının qurbanı olmuş filosof-şair, dramaturq Hüseyn Cavidin faciəli həyatını əks etdirir. Eyni zamanda süjet xəttində Cavidin müasirləri, əqidə və qələm dostları Əhməd Cavad, Mikayıl Müşfiq və onların ailələrinin əzablı anları təsvir olunur. Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmovdur.

Rollarda əməkdar artistlər Rauf Ağakişiyev, İlahə Səfərova, İzaməddin Bağırov, Cəlal Məmmədov, aktyorlar Habil Xanlarov,Oqtay Mehdiyev, Şəmistan Süleymanlı, Şəhla Məmmədova, İlham Səfərli, Dağlar Rüstəmov və başqaları çıxış ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.