Cəmiyyət

Bu millət vəkilləri xarici dil bildiklərini SÜBUT ETDİLƏR - VİDEO - FOTO

9 Oktyabr 2018 18:36
1 Şərh     Baxış: 2 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət öncə deputatların fəaliyyətləri, indi isə dil bilikləri müzakirə mövzusuna çevrildi. Görəsən 119 millət vəkilinin neçəsi İngilis dilini bilir?

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, millət vəkilləri ingilis dili bacarıqları barədə özləri danışdılar.

Millət vəkili Elman Nəsirov kameraya tuş gələn ilk deputat oldu. O, "ingilis dilini bilirsiz?" sualımıza belə cavab verdi:

"Mən çox sevinirəm ki, o vaxt Dillər Universitetinə getdim. 2 il xarici dil öyrənməyə vaxt sərf etdim. Bu gün də mənim çox köməyim olur".

Elman Nəsirov ingilis dilində danışıq bacarığını əyani sübut edib. Xanım millət vəkili Məlahət İbrahimqızı isə ingilis dilini səlist bildiyini və xaricdə etdiyi çıxışlarını ingilis dilində apardığını bildirib.

Bu suallarla millət vəkillərinə yaxınlaşmağımız səbəbsiz deyildi. Parlamentin payız sessiyasının ilk plenar iclasında deputat Qüdrət Həsənquliyev ingilis dilinin tədrisinin daha da genişləndirilməsi məsələsini qaldırdı. Əksər deputatların, məmurların akademik səviyyədə və ya dili heç bilməməsi ilə bağlı iradlar spiker Oqtay Əsədovu da dilə gətirdi:

"Çox təəssüflər olsun ki, o kurslarda 3-4 nəfər qaldılar. Başladılar, sonra pulsuz kurslar da qaldı qıraqda".

Parlament üzvlərindən ödənişsiz kursda sona qədər yalnız 3 millət vəkili - Zahid Oruc, Fazil Mustafa və Qüdrət Həsənquliyev qalıb.

Fazil Mustafa - Millət vəkili: "Kurs 2 il davam etdi. Sadəcə sonradan müəllim gəlmədi. Yoxsa bizim fikrimiz var idi ki, davam edək. Bu bizi çox üzdü. O vaxt bizə şotlandiyalı müəllim dərs deyirdi".

Zahid Oruc - Millət vəkili: "Sona qalan 3 nəfərdən biri olmuşam. Onlar sonra dayandırdılar proqramı".

Milli Məclisin internet səhifəsindəki deputatlarla bağlı məlumatlara əsasən spiker Oqtay Əsədov ana dilindən əlavə rus və ingilis, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov rus və fransız, Milli Məclis sədrinin müavini Bahar Muradova ingilis və rus dillərini bilir. Təmsil olunan 119 deputatın əksəriyyəti ən azı 2 - azərbaycan və rus dillərini bilir. 60-a yaxın parlament üzvü 2 xarici dildə - rus və ingilis, rus və fransız, həmçinin rus və alman dillərində danışır. Qanunverici orqanda 3 xarici dil bilən deputatlar da var.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Bu millət vəkilləri xarici dil bildiklərini SÜBUT ETDİLƏR

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.