İki Şeyxülislam bir arada - Allahşükür Paşazadənin əvəz etdiyi QMİ sədri... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sovet Azərbaycanı qırmızı bayraqların təntənəli keçidinə qərq olarkən ictimai həyatın uzaq küncünə sıxışdırılmış Qafqaz Müsəlmanları Ruhani İdarəsi ateist ölkənin vətəndaşları olan azərbaycanlılar arasında öz dayaqlarını mühafizə etməklə məşğul idi.
Ciddi nəzarət altında olan Şeyxülislamlıq postuna daha çox SSRİ-nin müsəlman ölkələri ilə münasibətlərdə vitrin kimi baxılırdı.
1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən, ölkədə cəmi 123 molla olub. Onlardan yalnız 16 nəfərinin dini təhsili vari idi.
Milli.Az modern.az-a istinadənmaraqlı şəkil təqdim edirik. Fotoda Qafqaz Müsəlmanları Ruhani İdarəsinə 1978-80-ci illərdə rəhbərlik etmiş Şeyxülislam Mirqəzənfər İbrahimov və o vaxt onun müavini işləyən, Təzəpir məscinin axundu Allahşükür Paşazadə əks olunub.
Qafqaz müsəlmanlarının XI Şeyxülislamı olan Mirqəzənfər İbrahimov ali dini təhsil almayan yeganə şeyxülislamdır.
Şeyxülislam Mirqəzənfər İbrahimovun çox maraqlı həyat yolu olub.
Mirqəzənfər İbrahimov 1909-cu ildə anadan olub. Gəncliyində daha çox dünyəvi elmlərə meyli ilə seçilən M.İbrahimov gənc yaşlarında bir müddət daxili işlər orqanlarında çalışıb. Daha sonra dünyəvi işlərdən uzaqlaşaraq, dini həyat tərzini seçib. Səkkizinci Şeyxülislam Əliağa Süleymanzadənin qəbuluna gələn M.İbrahimov onun yoxlamasından və imtahanlarından uğurla çıxaraq, bir müddət Quba məscidində axundluq edib. Sonralar isə Gəncə məscidinə axund göndərilib.
Axund Mirqəzənfər İbrahimov daha sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin (İdarə o vaxt belə adlanırdı-red.) sədr müavini vəzifəsində çalışıb. Şeyxülislam Əliağa Süleymanzadənin vəfatından sonra 1976-ci ildə Zaqafqaziya müsəlmanlarının 2 il sədri olmayıb.
Yalnız 2 ildən sonra -1978-ildə çağırılmış Zaqafqaziya müsəlmanlarının 7-ci qurultayında Göyçay məscidinin axundu olan Mirqəzənfər İbrahimov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin yeni sədri - Şeyxülislam seçilim, Allahşükür Paşazadə isə sədr müavini təyin edilib.
Mirqəzənfər İbrahimov marksizim-leninizm nəzəriyyəsinin İslamın mövqeyinə tamamilə uyğun gəldiyini iddia edir, SSRİ dövlətinin milli məsələ haqqında siyasətini İslam dininin "İslam təlimi qarşısında vahid olan beynəlxalq islamiyyət vardır, İslam bayrağı altında bütün millətlərin birliyi və qardaşlığı mövcuddur" prinsipi ilə eyniləşdirirdi.
Onun düşüncələrinə görə, yalnız İslam dini insanlar arasında milli mənsubiyyəti saxlamaqla milli firqələri inkar edir və bu xüsusda milli ədavətə son qoyur.
Şeyxülislam Axund Mirqəzənfər İbrahimov 1980-ci ildə vəfat edib və Bakı şəhərində dəfn edilib.
Həmin il Allahşükür Paşazadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilərək, Şeyxülislam rütbəsi alıb. 1980-ci ilə qədər qapalı və ictimai həyatdan uzaq olan Qafqaz Müsəlmanları Ruhani İdarəsi Allahşükür Paşazadənin şeyxülislam seçilməsi ilə özünün aktiv dövrünə qədəm qoyub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
XƏBƏR LENTİ
-
Qara dənizdə yük gəmisi vuruldu
-
Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Salyanda ağır qəza - Xəsarət alanlar var
-
“Uzak şehir”də rol alacaq
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı





