Cəmiyyət

Günün qoroskopu: təmkinli davranın, soyuqqanlı və məntiqli olun

11 Oktyabr 2018 00:01
40 Şərh     Baxış: 9 229

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yaxın ətrafınızdakı insanların gizlətməyə və pərdələməyə çalışdıqları məqamları görməyə, aşkarlamağa çalışın. Boş söhbətlərə qatılmayın. Nə isə deməzdən əvvəl yaxşı düşünün. Başqalarının sirlərini faş etməyə can atmayın. Əks təqdirdə qalmaqal qaçılmaz olacaq.
Günün ikinci yarısında səfər və ya gəzinti yaxşı nəticə verəcək. Güzəştə hazır olsanız, yaxınlarınızla münasibətləriniz pis olmayacaq. Kiçik məqamlara və xırda işlərə görə mübahisə etməyin.
Axşam saatlarında dostlarla görüşə bilərsiniz.

Buğa - uğurlu zamandır. İntuisiyanız güclü olsun. Situasiyadan asılı olaraq davranış modelini sürətlə dəyişmək, gərəkli sonuca nail olmaq üçün çeviklik nümayiş etdirmək gərəkdir. Yeni biliklər və bacarıqlar əldə edə bilərsiniz. Müttəfiqlərinizin yardımları ilə peşəkar müstəvidəki problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə sərvaxt olun. Gəzintiyə çıxmaq üçün pis zaman deyil. Yola çıxarkən darıxmayacağınıza əmin olun. Yaxşı dostlarla istirahət etməyə çalışın.

Əkizlər - gün qarşınızda çətin məsələlər qoyur. Bu problemlərin öhdəsindən uğurla gələ bilərsiniz. İntellektual səviyyəniz yüksəkdir. Yaddaşınız sizi aldatmayacaq. Diqqətə layiq məsələləri unutmayın, qulaqardına vurmayın. Bilik və təcrübə əldə edilməsində aktiv olun. Problemlərin həllinə yaradıcı yanaşın. Qarşınızda geniş imkanlar yaranır. 
Yeni tərəfdaş və ya müttəfiq qazana bilərsiniz.

Xərçəng - mahiyyət etibarilə pis deyil və saatlarınızı xoş keçirə bilərsiniz. Qarşınıza çətin, əldə edilməsi məşəqqətli hədəflər qoymayın. Cari işlərlə, situativ zərurətlərlə kifayətlənin. Gərəkli istiqamətdə addım-addım irəliləyin. Bu gün sizə yardım edəcək insanlar hələ uzun müddət yardımçı və müttəfiqiniz kimi qalacaq. 
İntuisiyanız yüksək səviyyədə olacaq. Ondan yararlanın. Əlverişli məqamdan istifadə edərək maraqlı tanışlığa nail ola bilərsiniz.

Şir - gündəlik yaşamınızda yeniliklər və dəyişikliklər barədə düşünün. Şəraitin formasına nəzər salın. Yeni işə başlamaq olar. Amma potensial və imkanlarınızı dəyərləndirəndə səhvə yol verməyin. Həddən artıq ağır iş və ya genişmiqyaslı layihə sizdə ifrat yorğunluq yarada bilər.
Günün ikinci yarısında yaxınlarınız sizə dürüst məsləhətlər verəcək, mənasız və absurd ideyaların illüzorr olduğunu göstərməyə çalışacaqlar. Axşam saatlarını əzizlərinizlə ünsiyyətə həsr edin.

Qız - bütün işləri qısa zamanda həll etmək istəyi məntiq və situasiyanın şərtlərinə zidd olmaqla yanaşı, çox qeyri-effektiv qərar ola bilər. Bununla yanaşı, rasional davranışınız və qənaətcilliyinizi bəziləri bəyənməyə bilər. Qıcıqlanan insanlara fikir verməyin. 
Günün ikinci yarısında vəziyyətdən faydalanmaq imkanlarınız var. Ətrafınızdakı insanların bəziləri inciyə bilər. 
Axşam saatlarında bəzi şəxslər sizə xoş olmayan mövzuda söhbətə başlayacaqlar. Enerji səviyyənizin aşağı olması aktiv hərəkətlərə imkan vermir.

Tərəzi - ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalışın. Eqoist və təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun, kölgəyə çəkilin. 
Dəyər verdiyiniz insanların ön plana çıxmalarına şərait yaradın.
Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Məqsədə çatmaq üçün konkret addımlar atın.
Qohumlar və yaxınlarla ünsiyyət axşam saatlarına yaxın sizi sevindirəcək. Əks cins mənsubunun yardım istəyini qulaqardına vurmayın. Əlavə gəlirdən yararlanaraq ailə üzvlərini sevindirin.

Əqrəb - günün ilk yarısında emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın. Təmkinli davranın. Soyuqqanlı və məntiqli olsanız, yaranan problemləri həll edə bilərsiniz. 
Günün ikinci yarısında situasiyada nizam artacaq. Fiziki və emosional baxımdan özünüzü daha yaxşı hiss edəcəksiniz.
Çoxdan başa vurmaq istədiyiniz işə qayıtmaq olar.
Yaxınlarınızın yardımlarından imtina etməyin. Onlar qayğınıza və səmimi hisslərinizə bel bağlayırlar.

Oxatan - daha aktiv işləmək bəzi məsələlərə yenidən baxmaq və müəyyən işləri yenidən görmək istəyi yaratsa da, təmkinli olun. Bütün işlərə vaxt, enerji və ya imkan çatdıra bilməzsiniz. Şərait ilk baxışdan uğurlu təsir bağışlasa da, genişmiqyaslı layihəni ertələyin. 
Günün ikinci yarısında ifrat yorğunluq hissi yaranmasın deyə emosional olmayın, bütün hədəflərə çatmağa can atmayın. Bütün diqqəti bir işə yönəldin.

Oğlaq - günün ilk yarısında maliyyə məsələləri ön plana çıxacaq. Bir qədər əvvəl xərcləriniz çox olduğundan gəlirləri artırmaq zamanıdır. İndi yeni işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi arayın. 
Günün ikinci yarısında ideyalarınızı reallaşdırmaq üçün əlverişli imkanlar arayın.
Situasiyanı nəzərə alın. Belədə ailə üzvlərinizin yaxın gələcəklə bağlı nigaranlıqları yaranmaz. Axşam saatlarını sevdiyiniz insanla gəzintiyə həsr edin.

Dolça - Yaşananlara sərt reaksiya verməyin, yumor hissini unutmayın. Ən kiçik maneələrdən depressiyaya qapılmayın. Xırda çətinliklər əhvalınızı korlamasın.
Yeniliklər əxz etməkdən, məlumatlar əldə etməkdən çəkinməyin. Bu gün əldə edəcəyiniz xəbərlər sonradan karınıza gələcək.
Günün ikinci yarısı məsələlərin dostlar və həmfikirlərlə müzakirəsi üçün əlverişlidir. Parlaq, maraqlı fərdlərlə tanışlıq da istisna deyil. Axşam saatlarında qonaq qəbul etmək olar.

Balıqlar - təmkinli davranın, soyuqqanlı və məntiqli olun. Bədxahlarınızla rəqibləriniz sizə qarşı yeni, məkrli plan qurublar. Yaxşı bələd olmadığınız insanlardan biri etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövhlük edərək "saf" qərarlar verməyin.
Saatlar keçdikcə peşəkar fəaliyyətinizlə bağlı maraqlı təkliflər alacaqsınız. Daşınmaz əmlakla əməliyyatlar və maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil.
Günün ikinci yarısında passiv olmayın. Süstlük və tənbəllik bu gün əsas düşmənlərinizdir.
Axşam saatlarında gəzintiyə çıxın. Normal istirahət etməyə çalışın.

Milli.Az

loading...

Şərh yaz:

40 Şərh:

  • Anonim
    Esra ıbrahimli (Samaxı) · 11 Oktyabr 00:1383

    Sabahınız uqurla açılsın

    Cavab yaz
    • Anonim
      Nurlana · 11 Oktyabr 09:1521

      Cox sagol. Bahemm

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Samaxı) · 11 Oktyabr 11:3622

        Cox saq ol canim var ol !

        Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Samaxı) · 11 Oktyabr 00:3685

    Status-Sevgi yoxdu deyənlər, insan sevgidən yaranıb deyənlərə nə cevab verərlər??

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Samaxı) · 11 Oktyabr 00:4885

    Status-Malın itirən bir şey itirər, Qürurun itirən hər şeyin itirər, Cəsarətin itirən yaşayarkən ölməkdi.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Samaxı) · 11 Oktyabr 00:5685

    Status-Ən cox dərd cəkənlər bekar insanlardı.Bekarcilıkdan dərd cəkirlər.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Samaxı) · 11 Oktyabr 01:0685

    Status-Kənddə mal-qarasın satıb Rusiyaya işləməyə gedib bütün pulların Nataşalara xercləyən kişi sinfinə -Qarqundey sinfi, beynamaz fəsiləsi və maygülü tipi deyilir.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Samaxı) · 11 Oktyabr 01:1085

    Status-İnsanın 7qatın yandirmak üçün əllə benzin töküb yandırmağa ehtiyac yoxdu, elə dilləriylə zəhər töküb yandıranlar var.

    Cavab yaz
    • Anonim
      Nurlana · 11 Oktyabr 09:1513

      Hamisina like.

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Samaxı) · 11 Oktyabr 11:3723

        Cannnnn..

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5200

    Salam Olsun menin canim dostlarima

    Cavab yaz
    • Anonim
      Nurlana · 11 Oktyabr 09:1600

      Salam. Eli qaqash

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Samaxı) · 11 Oktyabr 11:3703

        Salam qardas.

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5300

    BÜRCLƏR HAQQINDA - ★★★...625...★★★BÖLÜM --Bürclər haqqında

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5410

    QOÇ -Fədakar

    Cavab yaz
    • Anonim
      Nurlana · 11 Oktyabr 09:1601

      Dubbeduzz

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Samaxı) · 11 Oktyabr 11:3823

        Dübbedüz

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5410

    BUĞA - Həyatdan istədiyini alar.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5400

    ƏKİZLƏR -Çətin bağışlar.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5510

    XƏRÇƏNG -Səbrsiz.

    Cavab yaz
    • Anonim
      Esra ıbrahimli(Samaxı) · 11 Oktyabr 11:3851

      Sebrli

      Cavab yaz
      • Anonim
        7777 · 11 Oktyabr 18:2210

        Sizi cox istəyirəm.

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 11 Oktyabr 18:3010

          Allah her zeman xetrinizi istekli etsin Meni cox isteyeni men ondan da cox isteyirem ..

          Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5500

    ŞİR -Görməzdən gələrək intiqam alar.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5500

    QIZ -Qızı yaşayın və görün.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5620

    TƏRƏZİ -Yaxşı elə edərəm (etmədi)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5610

    ƏQRƏB - Çətini əldə edər.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5610

    OXATAN -O da inadcidır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5720

    OĞLAQ -Yaxşı olacağına inanar.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5700

    DOLÇA - Səbr et hər şeyin xeyirlisi çıxacaq.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 11 Oktyabr 08:5710

    BALIQ -Sən heç kimə fikir vermə, ən gözəli sənsən elə.

    Cavab yaz
    • Anonim
      Nurlana · 11 Oktyabr 09:1700

      Duzdu:)

      Cavab yaz
  • Anonim
    Nurlana · 11 Oktyabr 09:2621

    Allahin salami olsun her kese. Necesiz? Dostlarim ve sevgilim

    Cavab yaz
  • Anonim
    $.$.$. · 11 Oktyabr 10:5630

    Salam.Sabahınız xeyir hörmətli şərhcilər. Universitetin həyətinə daxil olan kimi oqlan tələbə yoldaşlarımızın biz qızları BEYNƏLXALQ QIZLAR GUNU MUNASİBƏTİLƏ TƏBRIK ETMƏLƏRİ COX XOŞ OLDU .Mən də butun qızları bu xoş gun munasibətilə təbrik edirəm. Sizə uqurlu təhsil guclu biznes həyatınızda xoşbəxtlik arzulayıram. Hamınıza BOL ŞANSLAR!

    Cavab yaz
    • Anonim
      :)))) · 11 Oktyabr 11:1500

      Şanslar oğlanlara münasibətdə?

      Cavab yaz
    • Anonim
      Nurlana · 11 Oktyabr 11:2200

      Salam. Cox sagolun $$$ xanim. Siziynen bahem

      Cavab yaz
      • Anonim
        $.$.$. · 11 Oktyabr 12:4901

        Salam Nurlana xanım.

        Cavab yaz
  • Anonim
    7777 · 11 Oktyabr 18:2710

    Esra can

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Oktyabr 18:3810

      Hayyy, cannnnn, Burdayımmm :)

      Cavab yaz
  • Anonim
    NOFEL ASLAN · 11 Oktyabr 22:2300

    ştatlı rəy yazanlardı eyni adamlar.qonorar nə qədərdi?təzə adam yoxdur1ildir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.