Cəmiyyət

Yol qəzası baş verib, ölən və yaralananlar var

26 Sentyabr 2018 08:54
0 Şərh     Baxış: 2 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə rayonun Sarıcalar yolu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "Jeep" markalı avtomobil qarşıdan gedən "Qazel" markalı avtomobilə çırpılıb. Nəticədə rayonun Çolpı kənd sakini, 1986-cı il təvəllüdlü Bayramov Təbriz Əlzakir oğlu hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alıb. Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.