Cəmiyyət

Bu qaynaqçı səsi ilə dinləyənləri heyran qoyur - Ən böyük arzusu isə... - VİDEO

25 Sentyabr 2018 21:27
3 Şərh     Baxış: 4 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbətı sujetimiz bir qaynaqçı haqqındadır. Daha doğrusu bu qaynaqçının ifası haqda. Elman Zeynalovunyanına gələn müştəriləri səsiylə valeh edir. Ən böyük arzusuisə muğam ustalarından dərs almaqdır..

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, çörəyi dəmirdən çıxan Elman Zeynalov təkcə işi ilə deyil, ifaları ilə də görənləri heyrətləndirir. Üç ildir qaynaqçılıqla məşğul olan ustanın səsi insanın ruhunu dincəldir.

29 yaşlı Cəlilabad rayon sakini Elman Zeynalovda oxumağa həvəs uşaqlıqdan yaranıb. Deyir ki, musiqi sevgisi zaman və məkan tanımır.

Məktəbdə musiqi dərsinə həvəslə qatılan Elman Zeynalov imkansızlıqdan bu sahə üzrə təhsil ala bilməyib. Bütün gün işdə olduğundan yarışmalara qatılmağa da vaxtı olmayıb.

Elmanın arzusu peşəkar muğam ustalarından dərs almaq, onlarla bir səhnəni paylaşaraq duet oxumaqdır.

Elman Zeynalov gələcəkdə musiqi təhsili almaq istəyir. O, bu arzusunu gerçəkləşdirmək üçün var-gücüylə çalışacağını deyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu qaynaqçı səsi ilə dinləyənləri heyran qoyur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.